Fermerlərə məhsullarını qorumaq üçün unikal üsul təklif edildi: Dərman istifadəsini 50 faiz azaldır - FOTO

Fermerlərə məhsullarını qorumaq üçün unikal üsul təklif edildi: Dərman istifadəsini 50 faiz azaldır - FOTOFermerlərə məhsullarını qorumaq üçün unikal üsul təklif edildi: Dərman istifadəsini 50 faiz azaldır - FOTO
Alimlər əkin sahələrini həşəratlardan qorumaq üçün unikal üsul təklif ediblər. Belə ki, sözügedən sahələrin qırmızı torla örtülməsini məsləhət görüblər.
Bu barədə "Scientific Reports" jurnalında dərc olunan məqalədə bildirilib.
Məlumata görə, bu kəşf antifidantların (həşərat zərərvericilərə qarşı vasitələr) dozasını 50 faizə kimi azalda bilər.
Sintetik antifidantlar torpağın qələviləşməsinə və zərərsiz həşəratların da zəhərlənməsinə səbəb olur. Bəzi zərərvericilər isə antifidantlara davamlı ola bilər, buna görə fermerlər onlardan daha tez-tez və daha böyük dozalarda istifadə etməli olurlar.
Kənd təsərrüfatı torları məhsulları qorumaq üçün alternativ üsuldur. Adətən ağ, qara və mavi rənglərindən istifadə olunur. Onlar həşəratlar üçün mexaniki maneə kimi xidmət edirlər. Dəliklər kiçik olduqca torlar bir o qədər effektiv olur.
Alimlər yeni araşdırmada rəngin də eyni dərəcədə vacib olduğunu aşkar ediblər. Belə ki, qırmızı torların trips böcəyinə ("Trips Tabaci") necə təsir etdiyini qiymətləndiriblər.
Fermerlərə məhsullarını qorumaq üçün unikal üsul təklif edildi: Dərman istifadəsini 50 faiz azaldır - FOTOBu həşərat antifidantlara çox davamlıdır, bir çox mədəni bitkiləri yeyir və onlar üçün təhlükəli virusları yayırlar.
Təcrübə göstərdi ki, ağ-qırmızı və ya qırmızı torlar sahələri həşəratlardan daha səmərəli qoruyur. Özü də bu məsələdə tordakı dəliklərin ölçüsü əhəmiyyətli deyil. Onlar böcəyin bədənindən daha iri olsa da, zərərvericilər bitkilərə hücum etməyiblər.
Fermerlərə məhsullarını qorumaq üçün unikal üsul təklif edildi: Dərman istifadəsini 50 faiz azaldır - FOTOAçıq tarla ilə müqayisədə qırmızı torla örtülmüş sahə üçün antifidantların 25-50 faiz daha az dozası lazım olub.
Qırmızı rəng effekti həşəratların vizual xüsusiyyətləri ilə əlaqələndirilir. Alimlər qeyd ediblər ki, torlar antifidantlardan bahalı olsa da, uzun illər istifadə oluna bilər.
Qırmızı torların dəliklərinin iri olması hava və işıq keçiriciliyini qoruyacaq, həmçinin göbələk infeksiyası ehtimalını azaldacaq.
Fermerlərə məhsullarını qorumaq üçün unikal üsul təklif edildi: Dərman istifadəsini 50 faiz azaldır - FOTOMənbə: Gazeta.ru

Maraqlı       Tarix: 16 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər en son xəbərlər bugün son xeber metbuat