Fərqanə Qasımova həbsdə olan həyat yoldaşından danışdı: Onu etməsəydim

Fərqanə Qasımova həbsdə olan həyat yoldaşından danışdı: Onu etməsəydim"21 ildir ailəliyəm, 4 övladımız var. Ailə incə məsələdir. İnsanın özünün dartacağı yükdür. Onu rahatlıqla açıb, sosial şəbəkədə parıldatmaq, yalan məlumatlarla ailəyə zərbə gətirmək xoşagəlməz hal oldu".
Azxeber.com "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova "Onun sirri" proqramında deyib.
Xanəndə bir müddət əvvəl həyat yoldaşı Elnur Mövlamovun həbs edilməsi xəbərlərinə münasibət bildirib:
"Yeni ailə qurmuşdum, deyirdilər boşanıb. Belə bir şey yox idi. Bəzən insanlar onları maraqlandırmayan mövzularla maraqlanırlar. Əsas işin mövzusu başqadır. Burada qəhrəman qadından söhbət gedir. Bu əsərin baş qəhrəmanıyam. 21 ildə böyük qəhrəmanlıqlar etmişəm: övladlarım, yoldaşım və getdiyim ailə üçün. Bu gün Fərqanə Qasımovanın verdiyi qurbanlardan, göstərdiyi qəhrəmanlıqlardan, sənətinə görə gecə-gündüz təyyarələrdə uçamaqlarından danışılmadı.
Dahi insanın qızı olub, bunu qorumaq, dörd övlad arxasında durmaq çətindir.Nə üçün bunlar qabardılmadı? Ailənin öz sirri olmasaydı ailə olmazdı. Elə qadın var ki, axşam ağlayır səhər gözünü silib heç nə olmamış kimi həyata davam var. Hər zaman şükür edib yaşamaq var. Ailəmi bura qədər qoruyub saxlaya bildim. Allahın dur deyəcəyi bir yer var. Ona görə də əvvəl nə qədər təzyiq, problem olsa da, ailə tablosunu pozmaq istəmədim. Amma... Bir qadın, ana, xanım olaraq özümə borc bildim... Həm də böyük sevgi, mücadilə var idi. Onu etməsəydim yarı yolda qalardım.
İndi ailə dağılmaq kimi bir şey yoxdur: atam, anam, qardaşım, bacım, övladlarım var. Bizimlə yol gedə bilməyən insanlar oldu, onlarla bura qədərmiş. Mən o insanla hər an qopa bilərdim, amma onun uçurumdan düşməsinə göz yuma bilmədim. Ağırlığı çiynimə götürdüm. İnsan qardaşının, atasının, övladının uçurumdan atlamasına necə göz yumar? Mən də onun yanında oldum... Ta ki, o insan əlini qoparıb uçuruma özü düşənə qədər. Dost, ana, ata, yoldaş, bacı oldum. Missiyalarımdan istifadə etdim. Bu gün hər kəs deyə bilər, haqlıyam. Əsl haqq Allahın dərgahındadır. Efirdən istifadə edib kimisə günühkar çıxara, müqəssir deyə bilmərəm. Hər kəs öz müqəssirliyi, günahını anlasa, qurtuluş olacaq".
Qeyd edək ki, E.Mövlamov 9 il azadlıqdan məhrum edilib.

Şou Biznes       Tarix: 25 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler