FHN sürücülərə müraciət etdi - VİDEO

FHN sürücülərə müraciət etdi - VİDEOFHN sürücülərə müraciət etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri sahiblərinə müraciət edib.
FHN-nin məlumatına görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib.
Müraciətdə qeyd edilib ki, həyatımızın ilk və arzu edək ki, sonuncu olacaq karantin rejimli dövrünü yaşayırıq:
"Bu rejim daha çox diqqət, hər kəsə qayğı ilə yanaşma, həmrəylik nümayiş etdirmək tələb edir! Bir çox hallarda pərakəndə şəkildə, binaların girişlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında park edilmiş avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iri qabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.
Son zamanlar ölkəmizdə baş verən yanğınların təhlili, həmçinin, bir sıra xarici ölkələrdə müşahidə olunan yanğınlar məsələ ilə bağlı vaxtında zəruri tədbirlər görməyi tələb edir. Mövcud problem avtomobillərin saxlanılma yerlərində - həyətlərdə, səkilərdə, su hövzələrinin yaxınlığında, hətta onların üstündə və sair kimi yerlərdən uzunmüddətli park yeri kimi istifadə halları ilə bəzi avtomobil sahiblərinə əhəmiyyətsiz görünən, "harada yer tapıram, orada da saxlayıram" deyərək yolları bağlayan sakinlər özlərinin, ailə üzvlərinin, qonşularının xilası üçün gələn xilasedicilərə ciddi maneə yaradır, onlara müqəddəs, qəhrəmanlıq tələb edən, ən qısa zamanda həyata keçirməli olduqları vəzifələrini yerinə yetirməyə məhdudiyyətlər yaradır və sonradan bundan ciddi fayda verməyən peşmançılıq çəkirlər.
Qeyd olunanları nəzərə alaraq, baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, su hovuzları və hidrantlardan rahat istifadə edə bilməsi, döyüş vəziyyətinə gətirilmə işində tələb olunan normativlərə cavab verilməsi üçün vətəndaşlara avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi saxlamaqla park etmələrinin vacibliyini bir daha xatırladırıq".

/oxu.az

Sosial       Tarix: 12 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal bugun xeberler bugun ensonxeberler