Filippin Azərbaycanı əsas məşğulluq bazarlarından biri hesab edir
Livandakı Filippinin Xarici Əmək Bürosu (POLO) Azərbaycan, Gürcüstan və Şimali Kipr xaricdəki Filippin işçiləri (OFWs) üçün məşğulluq bazarı hesab olunur.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə POLO-nun Əmək masələləri üzrə attaşesi Alexandro Padaen bildirib.
A. Padaen qeyd edib ki, bu 3 ölkə ilə yanaşı, Filippin işçiləri üçün digər məşğulluq məkanı kimi POLO-nun yurisdiksiyasında olan Türkiyəyə də baxırıq: "Hər şey normallaşdıqdan sonra Türkiyə işçilərimiz üçün məşğulluq bazarı kimi yaxşı perspektivdir. Hazırda oradakı filippinli işçilərin sayı 4 000 nəfərdir".
Onun sözlərinə görə, indiyə qədər, məişət xidmət sahəsinin işçilərinin yerləşdirilməsi üçün 11 xarici kadr agentliyini (FRA) akkreditə etmişik.
"Neft-qaz sektoruna görə Azərbaycanın və Gürcüstanın yaxşı perspektivləri var. Hazırda orada işçilərimiz, ixtisaslı və təbii ki, məişət xidmət sahəsinin işçilərimiz var", – o qeyd edib.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti