Firəngiz Mütəllimovadan sərt açıqlama: "Yaşar Nuri gey obrazı oynasaydı..."

Firəngiz Mütəllimovadan sərt açıqlama: Firəngiz Mütəllimovadan sərt açıqlama: "Yaşar Nuri gey obrazı oynasaydı..."
"Məgər Yaşar Nuri kimi aktyor var idi? O, çox gözəl, fantastik gücə malik aktyor idi. Onun oynadığı obrazlar, yaratdığı şah əsərlər  qarşısında bir sənətkar kimi baş əyirəm. Nə oldu, indiyə qədər onun yaratdığı obraz haqqında bu cür fikir səslənməmişdi, indi hansısa gənc aktyor çıxıb efirə, bu barədə fikir səsləndirir? Əgər bu barədə nəsə olsaydı, indiyə qədər deyilərdi".
Bu sözləri "Musavat"a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova "Azərbaycanda ilk gey rolunu Yaşar Nuri oynayıb" fikirlərinə münasibət bildirərkən deyib. Firəngiz Mütəllimova mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa..." film-tamaşasında yaratdığı obrazın heç də gey obrazı olmadığını deyib:
"Həmin tamaşaya illərlə böyük həvəslə baxıram. Tamaşaya baxanda heç bu barədə düşünməmişəm, ağlıma da gəlməyib.  Əgər deyildiyi kimi olsaydı, bunu ilk növbədə biz, həmin tamaşanı oynayanlar, onun yanında işləyənlər bilərdi.
Bilirəm ki, Nofəl istedadlı gəncdir, amma onun Yaşan Nuriyə qarşı səsləndirdiyi fikri səhvdir.
İndi elə bir dövrə gəlib çatmışıq ki, kimsə gündəmə gəlmək, tanınmaq, haqqında nəsə yazılmasını, danışılmasını istəyir, onda bu cür variantlara əl atır.
Yaşar Nuri kimi sənətkarlarımız bütün ömürlərini, canlarını, sağlamlıqlarını bu sənətə həsr ediblər. Bu cür şeylər eşidəndə düşünürəm ki, ay Allah, gör hara gəlib çıxmışıq.
Əsl peşəkar sənətkarın qədrini onu sevənlər, xalq bilir. Hamı bilir ki, kimin yeri haradır, hansı səviyyədə, pillədədir, necə işləyir. Yəni hər şey göz qabağındadır. Ona görə də belə şeylərə fikir vermək lazım deyil. Yaxşı atın dalınca həmişə toz  qopar, qoy qopsun..."
Xatırladaq ki, bəstəkar-müğənni Murad Arifin "YouTube" layihəsi olan "Popumuz var"ın növbəti qonağı olan aktyor Nofəl Şahlaroğlu mərhum Xalq artisti Yaşar Nuri haqqında qalmaqallı fikirlər səsləndirib. Aktyor qeyd edib ki, Yaşar Nuri 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa..." film-tamaşasında Azərbaycanda ilk gey obrazını canlandırıb.
Xalq artistinin xanımı Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva məsələyə sərt reaksiya veriblər. Qeyd ediblər ki, adıçəkilən tamaşada, ümumiyyətlə, gey obrazı olmayıb. / oxu.az

Maraqlı       Tarix: 26 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər siyaseti xeberler bugun sonxəbər az xeber