Fransa Azərbaycandan olan jurnalistin Şengen zonasına daxil olmasına mane olmaq istəyib

Fransa Azərbaycandan olan jurnalistin Şengen zonasına daxil olmasına mane olmaq istəyibFransa Azərbaycanın dövlət informasiya agentliyi olan Azərtac-ın müxbirinin Şengen zonasına daxil olmasına mane olmaq istəyib.
"Report"un məlumatına görə, Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün Azərtac-ın ezam olunan əməkdaşının Şengen ərazisinə girişi iyunun 11-də Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Köln/Bonn hava limanında jurnalist Aygün Həsənovaya bildirilib ki, Fransa tərəfindən onun Şengen ərazisinə daxil olması yasaqlanıb.
Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlərin qaydasında olduğunu görən Almaniyanın rəsmi qurumları da bu məsələni araşdırmaq qərarına gəliblər.
Fransanın media işçisinə qarşı bu qərəzli hərəkəti səbəbindən AZƏRTAC-ın əməkdaşı bir neçə saat hava limanında saxlanılıb. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi və UNFCCC Katibliyinin məsələyə qarışmasından, eyni zamanda, Almaniyanın rəsmi qurumlarının Fransanın tələbinin əsassız olduğunu gördükdən sonra ona ölkəyə daxil olmasına icazə verilib.
Qeyd edək ki, jurnalist UNFCCC-nin tədbirinə dəvət edilib və iqlim dəyişikliyi məsələsi hazırda ən aktual problemlərdən biridir.
"Jurnalistlərə qarşı Fransanın bu cür hərəkəti böyük sual doğurur - Fransa niyə COP29 ilində azərbaycanlı jurnalistin media təlimində iştirakına maneə törətməyə çalışır? Fransa nəzərə almalıdır ki, COP29-da iştirak üçün Bakıya çoxlu fransız jurnalistin də gəlməsi gözlənilir. Belə çıxır ki, bu cür siyasiləşdirilmiş yanaşma onlara da tətbiq olunmalıdır?! Fransa hakimiyyətinin AZƏRTAC-ın əməkdaşı ilə bağlı bu addımını jurnalist fəaliyyətinə maneə yaratmaq, fikir müxtəlifliyini boğmaq, Azərbaycan jurnalistinə qarşı qərəzli mövqe nümayiş etdirmək kimi qiymətləndirir və bunu qəti şəkildə pisləyirik.
Qeyd edək ki, bundan əvvəl də Fransa AZƏRTAC-ın jurnalistləri ilə bağlı qərəzli mövqe nümayiş etdirib, onlara qarşı öz mediasında qarayaxma kampaniyası apararaq casus adlandırıb. Media azadlığı, azad söz, fikir müxtəlifliyi prinsiplərinin "carçısı" olan Fransa hakimiyyətinin bu hərəkəti heç bir məntiqə sığmır.
Prezident Emmanuel Makronun yarıtmaz siyasətinin nəticəsidir ki, onun partiyası bu günlərdə Avropa Parlamentinə seçkilərdə də acı məğlubiyyətə uğradı. Lakin Fransa hakimiyyəti daxildəki problemlərini həll etmək əvəzinə, daim sülhün, sabitliyin, inkişafın tərəfdarı olan Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək istəmir və bu çirkin niyyətini artıq fərdi şəxslərə, özü də media nümayəndələrinə qarşı həyata keçirməyə başlayıb", - Azərtac-ın bəyanatında deyilir.

Siyasi       Tarix: 12 iyun 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri bu gunun xeberleri haqqinda melumat valyuta mezennesi banklar xeberler bu gun