Fransa prezidentinin ikiüzlülüyü onun həyat tərzidir - İsrailli jurnalist Ayub Kara yazır

Fransa prezidentinin ikiüzlülüyü onun həyat tərzidir - İsrailli jurnalist Ayub Kara yazırİsrail mətbuatında İsrailin keçmiş rabitə naziri Ayub Karanın Fransanın ikiüzlü siyasətinə həsr olunmuş məqaləsi dərc olunub.
Həmin yazını KONKRET.azoxucularının diqqətinə çatdırırıq:
"Harvard Universitetinin tanınmış  professoru və hüquqşünas Alan Dershovitzə görə, "İkiüzlülük  yüksək zirvəyə çatmaq, əxlaqlı olduğunu söyləmək isə əxlaqlı davranmaq demək deyil". Fransa prezidenti Emmanuel Makronun xaricdəki fəaliyyətini obyektiv qiymətləndirsəniz, onun  gülüş obyektinə çevirən ikiüzlü siyasəti ön plana çıxır. Bir tərəfdən Fransa lideri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Rusiya-Ukrayna münaqişəsini nizamlamağa söz verən  Tramp olsa da. Makron müharibədən əziyyət çəkən ölkəyə dəstəyi gücləndirməyə çağırıb.  Digər tərəfdən, Makron daha əvvəl demişdi ki, Bayden Kiyevə Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verməklə "düzgün qərar" verib. Üstəlik, Fransa prezidenti və Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynanı "Rusiya təcavüzünə qarşı müqavimət göstərdiyi müddətcə" dəstəkləyəcəklərini bildirib. Amma  Fransanın iqtisadi maraqları tamam başqa şeydən xəbər verir. "Bloomberg"in son hesabatına görə, Paris 2024-cü ildə rekord miqdarda Rusiya təbii qazı idxal edib. Bu o deməkdir ki, Makron nəzəri olaraq Ukraynanı dəstəkləsə də, Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də, praktikada yuxarıda qeyd etdiyimiz təhdidləri həyata keçirmir. Axı rus qazı Fransa bazarlarından bütün dünyaya satılır ki, bu da Makronun Moskvaya qarşı ritorikasını mənasız edir.
Fransanın ikiüzlü siyasətinə daha bir misal Tehranla Parisin sıx əlaqələridir. Son günlər Makron İranın raket proqramını  tənqid edib. Fransa prezidenti Hizbullah və İsrail arasında atəşkəs sazişinin imzalanması ərəfəsində İran rəhbərliyini atəşkəsi dəstəkləməyə çağırıb. Eyni zamanda, Fransanın da üzvü olduğu Avropa Birliyi Yaxın Şərqdəki təxribatçı fəaliyyətlərinə görə İrana qarşı sanksiyaları sərtləşdirib. Parisdən Tehrana  bütün ritorikalara baxmayaraq, Fransa ilə İran arasında güclü əlaqələr mövcuddur. Bu, hətta Ermənistanın baş naziri Nikol Paşinyanla Makron arasında keçirilən görüşdə də qeyd olunub və Fransa lideri Ermənistanın baş nazirinə İrana mesajların çatdırılması ilə bağlı üstüörtülü göstərişlər verib. Yəni, Avropa Birliyi İrana qarşı əlavə sanksiyalar tətbiq edərkən, Makron Tehran və İrəvanla gizli danışıqlar aparır.
 Parisin İran və Ukraynaya qarşı siyasəti fransız siyasətçilərinin ikiüzlülüyünün yeganə nümunəsi deyil. Fransa Qarabağ münaqişəsinin lap əvvəlindən qərəzsiz danışıqlar aparmalı olduğu ATƏT-in Minsk qrupundakı roluna zidd olan qərəzli mövqe tutmuşdu. Qrupla əməkdaşlıq edərək Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün lazım olan hər şeyi edib.
Eyni zamanda, Fransa Korsikaya və respublikanın sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən digər xarici ərazilərə qarşı müstəmləkəçilik siyasəti aparır. Fransızlar üçün insan haqları öz imperiya maraqlarını genişləndirmək üçün  çağırışdan başqa bir şey deyil.  Parisdə deyirlər ki, Azərbaycanın Qarabağa haqqı yoxdur, amma fransızlar başqa ölkələri müstəmləkə altında saxlaya, təsir dairələrini genişləndirə bilərlər. Bu ikiüzlü mövqe Makronun özünü lağa qoymasının daha bir nümunəsidir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 13 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər xeberler az son xeberler bugun 2026 muharibe xeber.az