"Fransada erməni diasporunda muzdla çalışanlar Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir" - RƏY
"Fransada erməni diasporunda muzdla çalışanlar Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir" - RƏY
"Fransadakı erməni diasporunda muzdla işləyənlər var və onlara Azərbaycanla Ermənistan arasında sülhün yaranması sərf etmir".
Bu fikirləri "Report"un Fransa bürosuna bu ölkədə fəaliyyət göstərən Türklərin Mədəniyyət Assosiasiyalarının Birliyi, Dünya İş Türk Konqresinin Fransa təmsilçisi Lütfi Bilgen deyib.
Onun sözlərinə görə, Fransada erməni mövzusunda azad şəkildə danışmaq mümkün deyil. Bu mövzuda danışanlara isə dərhal "antierməni" damğası vurulur:
"Fransada "yaxşı erməni"lərdən ağız dolusu danışılır, lakin mənfilərdən danışmağa imkan verilmir. Məsələn, İkinci Dünya müharibəsi zamanı Fransa uğrunda vuruşan ermənilərdən tez-tez söhbət açılır. Halbuki, müharibə vaxtı faşistlərin tərəfində vuruşan ermənilər də olub ki, bu mövzuya toxunmaq qadağandır. Fransa cəmiyyətində bu mövzuda düzgün, ədalətli, açıq debatlara ehtiyacımız var".
Lütfi Bilgen bildirib ki, Fransada erməni diasporu Azərbaycan-Ermənistan arasındakı münaqişə haqqında həqiqətin və düzgün məlumatların yayılmasına imkan vermir:
"Erməni diasporu yalnız assosiasiyalardan ibarət deyil. Onlar arasında muzdla işləyən peşəkarlar da fəaliyyət göstərirlər. Bu şəxslər təxribatlar törədir, aranı qarışdırmağa çalışırlar. Onlar bu yolla çörək pulu qazanırlar. Onlar Azərbaycan və Ermənistan arasında sülhün yaranmasında maraqlı deyillər. Çünki sülh olarsa, onların fəaliyyəti dayanacaq, qazancları kəsiləcək". / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA