Fransanın kolonial siyasətini ifşa edən hesabat beynəlxalq komitəyə göndərildi
BMT-nin İnsan Hüquqları Komitəsinin 14 oktyabr – 8 noyabr 2024-cü il tarixdə 142-ci sessiyası keçiriləcək.
KONKRET.az Report-a istinadən xəbər verir ki, sessiya çərçivəsində Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyənin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icra edilməsi ilə əlaqədar ölkə hesabatları dinləniləcək.
Qeyd edək ki, Pakta əsasən sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.
Məlum olduğu kimi, hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gedir.
Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən "Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında" adlı alternativ hesabat təqdim edib.
Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib. Hesabatla aşağıdakı linkdən tanış olmaq olar: .
Fransanın ölkə hesabatının bu ilin 22-23 oktyabr tarixlərində İnsan Hüquqları Komitəsində dinlənilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılmış Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik əleyhinə davamlı və sistemli mübarizə aparır, müstəmləkə altında qalan və müstəqillik uğrunda mübarizə aparan xalqların mübarizəsini dəstəkləyir.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb