Fransız casusun məhkəməsi - Şok etiraflar edildi

Fransız casusun məhkəməsi - Şok etiraflar edildiDövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib.
O bildirib ki, Fransanın Azərbaycandakı səfirliyində 3 nəfərlə əlaqəsi olub: "Həmin adamlar xüsusi xidmət orqanlarının əməkdaşları idi.
Bu şəxslər mənə bəlli bir məbləğ qarşılığında bir iş görməyimi təklif etdilər. Həmin iş təhlükəli olduğu üçün qəbul etmədim.
Onlar hər zaman Fransa ilə rəqabətdə olan ölkələri araşdırırdılar. Mən onlara inanıb əməkdaşlıq etmişəm. Vaxt keçdikcə əlaqəni kəsə bilmədim. Buna görə də peşmanam. İş üzrə günahkar Fransa hökumətidir.
Mən buraya biznes qurmaq üçün gəlmişəm. 2015-ci ildə turist kimi Azərbaycana gəldim, bir il sonra burada Ramin adlı şəxslə tanış oldum və iş qurduq. İşlərimiz inkişaf etdi. Mənim səfirliklə əlaqələrim genişləndi. Biz Fransa şirkətlərini işə cəlb etdik. Mən Azərbaycana köçdüm, dili öyrəndim".
Ardınca təqsirləndirilən şəxs ifadəsində bildirib: "Onlar bizi manipulyasiya yolu ilə əməkdaşlıq əlaqəsində saxlayıblar. Onlar Azərbaycanla yanaşı, İran və Rusiya ilə bağlı məlumatları toplayıb onlara bildirməyimizi istəyirdilər".
Təqsirləndirilən Martin Ryan qeyd edib ki, Fransa səfirliyində 4-cü agent olub:
"Həmin agentin Azadla əlaqəsi olub. Mən də onunla bir dəfə görüşmüşəm".
İfadəsinin davamında Martin Ryan bildirib:
"20 dekabr 2023-cü ildə Fransa prezidenti sərəncam verərək Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etdi. Bununla da Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Həmin vaxt Jerom və Loran adlı kəşfiyyatçılar Azərbaycandan deport edilib. Həmin şəxslər mən və Azadın saxlanıldığını bilirdi. Onlar nəinki bizi xilas etməyə səy göstərmədilər, hətta DTX-yə gəlməkdən imtina etdilər".
Martin Ryan ifadəsində qeyd edib ki, həbsi ilə bağlı Fransa mətbuatına müraciət etsə də, bir söz belə yayımlanmayıb:
"Sonra bir erməni bloger mənim həbsimi ictimailəşdirdi. Buna reaksiya verildi və Fransa hökuməti bəyanat verdi. Bəyanatda həbsimin qeyri-qanuni olduğu vurğulanırdı".
Martin Ryan ifadəsinin sonunda bu işdə günahkarın Fransa hökuməti olduğunu söyləyib: "Fransa hökuməti vətəndaşının arxasında durmalı idi, məni pis vəziyyətdə saxlamalı deyildi. 15 aydır həbsdəyəm. Demək olar hər şeyimi itirmişəm. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir".
Proses martın 12-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə 274-cü maddə (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
///Apa / azxeber.com

Siyasi       Tarix: 27 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."

Ukrayna qarşılıqlı addım atılacağı təqdirdə Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələr endirməməyə hazırdır. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər futbol xeberleri son.xabar son xeberler az