Fuad Nağıyev: "Əminliklə deyə bilərik ki, turizm sahəsində iş yerlərinin çoxu saxlanılıb"

Fuad Nağıyev: "Əminliklə deyə bilərik ki, turizm sahəsində iş yerlərinin çoxu saxlanılıb"Son aylarda müşahidə edilən COVID-19 pandemiyası dünya iqtisadiyyatının bir çox sahələrində böhrana səbəb oldu. Ancaq pandemiya daha çox turizm sənayesinə təsir etdi. Bu təsir son illərdə əmin addımlarla inkişaf edən Azərbaycanın turizm sahəsindən də yan keçmədi.
Milli.Az xəbər verir ki, böhranın nəticələri və sənayenin sonrakı inkişaf perspektivləri barəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Trend-ə müsahibə verib.
- Demək olarmı ki, dünya turizmi tam çöküb?
- Əlbəttə, bu, qlobal böhrandır. Bu böhrandan hər kəs ziyan gördü. Sərhədlər bağlıdır, aviaəlaqələr minimuma endirilib, hotellər qapılarını bağlamalı olublar. Ancaq turizmin sona çatması ilə əlaqəli fikirlərin bir qədər şişirildiyini düşünürəm.
Azərbaycanda sənaye yaşayır və turizm sənayesinin bu günlərdə birinci dərəcəli vəzifəsi iş yerlərinin saxlanmasını təmin etməkdir. Bu çətin işdə sahibkarların üzərinə böyük yük düşsə də, dövlət onları böhranla təkbaşına qoymadı.
Hər kəsə məlumdur ki, turizm sahəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xüsusi diqqət və qayğı göstərdiyi bir sahə olub və olmaqda da davam edir. Biz həmişə hər sahədə bu dəstəyi hiss etmişik və yenə hiss edəcəyik.
Bir müddət idi ki, aiddiyyəti dövlət qurumları ölkə prezidentinin koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı sərəncamda göstərilən məsələlərin tez və sahibkarların maraqlarına uyğun olaraq həll edilməsi istiqamətində çalışırdı və sevindirici haldır ki, artıq bununla bağlı həm tədbirlər planı təsdiqlənib, həm də icra mexanizmləri aydınlaşdırılıb.
Artıq sahibkarlar müvafiq qaydada müraciət etməklə verilən bir sıra güzəştlərdən faydalana bilərlər.
- Siz mart ayında iki dəfə turizm sənayesinin nümayəndələrinə müraciət ünvanladınız ki, sahibkarlar iş yerlərini saxlasınlar. Müraciətlərin təsiri necə oldu?
- İlk növbədə müraciətimizə cavab verən bütün sahibkarlara təşəkkür edirik. Əminliklə deyə bilərik ki, iş yerlərinin çox hissəsi saxlanılıb.
Dəstək paketi hazırlanarkən diqqət yetirilən ən vacib meyarlardan da biri məhz bu idi. Hansı sahibkarlar ki, bu çətin dövrdə işçi ixtisarına getmədi, onlar da müvafiq dəstək mexanizmlərindən faydalana biləcəklər. Bu cür məsuliyyətlilik sərgiləyən bütün sahibkarlar dövlət tərəfindən kömək alacaqlar.
Bir neçə gün öncə təqdim edilən dəstək paketi bir sıra sosial və iqtisadi məqamları özündə birləşdirir. Belə ki, dəstək paketi çərçivəsində hökumət turizm sanaye subyektlərində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqını qarşılayır. Konkret olaraq rəqəmlərlə desək, əgər işçinin əmək haqqı 712 AZN-dən çoxdursa, o zaman dövlət aprel və may ayları üçün, yəni 2 ay müddətində işçiyə aylıq olaraq 712 AZN ödəyəcək. Əgər əmək haqqı 712 AZN-dən aşağıdırsa, əmək haqqı tam olaraq ödəniləcək. Bununla yanaşı, dəstək paketi işçinin gələcəkdə pensiya yığımlarına mənfi təsir göstərməməsi üçün sosial sığorta haqlarının ödənilməsini də nəzərdə tutur.
Mikro sahibkarlara isə 2019-cu il ərzində ödədikləri vergilərin məbləğinə uyğun olaraq birbaşa maliyyə yardımı veriləcək. Bu maliyyə yardımının məbləği minimum 250 AZN, maksimum isə 5000 AZN arası nəzərdə tutulub.
Bundan əlavə, sahibkarlara bir sıra vergi güzəştləri də tətbiq ediləcək ki, bu da koronavirus pandemiyası dövründə zərər çəkən turizm sənayesi üçün əlavə imkanlar yaradacaq.
- Bəs iqtisadi dəstək?
- Burada əsas yanaşma sahibkarları bu gün dəstəkləmək və gələcək inkişaf imkanlarına şərait yaratmaqdan ibarətdir. Ümid edirik ki, turizm sənayesi yaxın 2 ay ərzində artıq öz fəaliyyətini yenidən qurmağa başlayacaq. Bu sahə 21-ci əsrin əvvələrindən ən azı 3 dəfə ciddi böhranla üzləşib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonrakı dövrü, 2003-cü ildə SARS epidemiyasını, həmçinin 2009-cu ildə qlobal iqtisadi böhranı buna misal çəkmək olar. Hər üç halda sənaye böhrandan dərhal sonra yüksək inkişaf dövrü keçdi. Biz əminik ki, turizm geri dönəcək və itirilmiş hər şey sürətlə bərpa olunacaq.
Dəstək paketində vergi tətilləri, güzəştlər və kredit-zəmanət dəstəyi proqramı nəzərdə tutulub ki, sənaye subyektləri bu imkanlardan da istifadə edə biləcəklər.
Vergilərlə bağlı məqamlar Milli Məclisdə müzakirə olunacaq. Kreditlərlə bağlı güzəştlər həm mövcud, yəni əvvəldən götürülmüş kreditlərə, həm də yeni götürüləcək kreditlərə aid olacaq.
Düşünürük ki, qeyd etdiyimiz bu vergi güzəştləri, kredit dəstəyi, əmək haqlarının ödənilməsi və digər tədbirlər sənayeyə böhranı az zərərlə başa vurmağa imkan verəcək və sonrakı inkişafını təmin edəcək.
- Bu paket nə qədər insan və şirkətə aid ediləcək?
- Hazırda ölkədə 843 mehmanxana və mehmanxana tipli yerləşdirmə müəssisəsi, 4461 turizm agentliyi və turoperator, həmçinin bu paketdən yararlanmaq imkanına malik olan yüzlərlə bələdçi fəaliyyət göstərir. Biz əminik ki, Prezident İlham Əliyev və hökumət tərəfindən təsdiq olunan bütün bu mexanizmlər turizm sənayesinin zərərlərini minimuma endirəcək və yenidən inkişafına dəstək verəcək.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 10 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət xeber.az ən son xəbərlər xabar az