"Galendewagen"lə qəza törədən sürücü həbs olundu - VİDEO

"Galendewagen"lə qəza törədən sürücü həbs olundu - VİDEO"Galendewagen"lə qəza törədən sürücü həbs olundu - VİDEO
Martın 29-u paytaxtın Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında hərəkət edərək yolayrıcında qəza törədən paytaxt sakini Rüfət Qocayev hadisənin təfərrüatları barədə Oxu.Az-a danışıb.
Rüfət bildirib ki, özünə məxsus 10 ZO 211 dövlət nömrə nişanlı, "Galendewagen" markalı avtomobil ilə məşqə gedirmiş: 
"Yol boş olduğu üçün yanımda əyləşən dostum kameraya çəkirdi. Yolun sol tərəfində dostumun dükanı var. Ona tərəf baxırdım. Bu zaman sağdan gələn avtomobil bizi vurdu. Həmin vaxt işıqforun qırmızı işığını görməmişəm."
Sürücü bildirib ki, sosial şəbəkələrdə yayılan videoda "gör indi qaqan nağarajax" sözü onlara aid deyil. Sonradan videoya montaj edilib.
"Əslində mən hər hansı qayda pozmaq niyyətində olmamışam. Sadəcə sükan arxasında diqqətsiz olmuşam. Səhvim odur ki, orada piyadaya yol verməli idim. Əməlimdən peşmanam ki, qəza törətmişəm. İstəməzdim, belə olsun. Yaxşı ki, yolda adam olmayıb. Kiməsə zərər vura bilərdim. Ümumi olaraq demək istəyirəm ki, hansısa qəsdən qayda pozmaq, yaxud avtoxuliqanlıq etmək niyyətim olmayıb. Düzdür sükan arxasında diqqəti olmalı idim. Yəqin ki, bir daha bu cür səhvlər etmərəm" - deyə sürücü qeyd edib. 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, İdarənin əməkdaşları sürücünün müxtəlif vaxtlarda hərəkət trayektoriyasını təhlükəsiz şəhər kameraları vasitəsilə aşkar ediblər: 
"Məlum olub ki, sürücü bir neçə dəfə də qaydaları pozub. Hətta, aeroport yolunda digər bir avtomobil ilə sanki yarışıb. Amma sürücü bildirib ki, o şəxsi tanımır və yarış məqsədi ilə avtomobil idarə etməyib".
Qeyd edək ki, sürücü barəsində yol polisi tərəfindən inzibati qaydada protokol tərtib olunub. Amma videogörüntülər sosial şəbəkələrdə yayılandan sonra ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Eyni zamanda, sürücünün digər əməlləri də ağırlaşdırıcı hal kimi qəbul olunub. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Rüfət Qocayev barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətində inzibati həbs tədbiri seçilib.
Xatırladaq ki, hadisə 29 mart saat 12 radələrində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb. Hadisədə işıqforun qırmızı işığında aşkar şəkildə hərəkət edən 10 ZO 211 dövlət nömrə nişanlı, "Mercedes Galendewagen" markalı avtomobilin sürücüsü Qocayev Rüfət Həsənoviç Vəliyev Zaur Eldar oğlunun idarə etdiyi 90 VB 101 dövlət nömrə nişanlı, "Mercedes ML" markalı avtomobil ilə toqquşub.

Sosial       Tarix: 16 aprel 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal bugun xeberler bugun ensonxeberler