"Game of Thrones" Ukraynada qadağan olunur

Ukraynadakı striminq platformaları rusiyalı aktyor Yuri Kolokolnikovun iştirakı ilə olan filmləri və serialları kütləvi şəkildə kataloqlarından silməyə başlayıblar.
azxeber.com xəbər verir ki, bu barədə RIA Novosti, "Obşçestvennoe" telekanalı məlumat verib.
"Политика страны" Telegram kanalının yazdığına görə, silinən layihələr arasında "Game of Thrones" serialının 4-cü mövsümü (Kolokolnikov burada vəhşi qəbilə üzvü Stir rolunu oynamışdı), "The White Lotus" serialının 3-cü mövsümü, həmçinin Kristofer Nolanın "Dovod" filmi və Marvel studiyasının "Kraven the Hunter" ekran işi də var.
Bu qərar, Ukraynanın Mədəniyyət Nazirliyinin 21 avqust 2025-ci il tarixli sərəncamına əsaslanır. Həmin sənədə görə, Kolokolnikov "Kinematoqrafiya haqqında Qanuna uyğun olaraq fəaliyyəti məhdudlaşdırılmış mədəniyyət xadimləri siyahısına" daxil edilib.
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) həmin vaxt bildirmişdi ki, aktyor Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləməyib və Rusiya ərazisində fəaliyyətini davam etdirib. Buna görə onun fəaliyyəti Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilib.
Mədəniyyət Nazirliyinin bu "qara siyahısı" 2015-ci ildən mövcuddur. O vaxtdan bəri siyahıya Rusiyanın Ukraynaya qarşı siyasətini açıq şəkildə dəstəkləyən 200-dən çox mədəniyyət xadimi daxil edilib. Siyahıda olanlar arasında Nadejda Babkina, Sergey Bezrukov, Fyodor Bondarçuk, Mixail Boyarski, Jerar Depardye, Sergey Drujko, Aleksandr Duqin və Anna Semyonoviç də var.

Şou Biznes       Tarix: 04 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi

On yaşlı uşaqların əksəriyyəti ad günlərində Lego dəsti və ya oyun konsolu almağı xəyal edir. Hollandiyalı avtomobil həvəskarının oğlu Jan onuncu ad günündə daha bahalı bir şey - 1,6 milyon dollar dəyərində Ferrari 599 GT

Bahalı saatı gündəm oldu

Türkiyəli məşhur aktyor Çağlar Ertuğrulun taxdığı saat gündəm olub. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Lüks saat həvəskarlarının da marağına səbəb olan bu modelin yüksək qiyməti fotodakı diqqətçəkən məqamlarda

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


azerbaycan xeberleri yeni xeberler son xeberler ensonxeberler krimnal bugun idman xeberleri xeber saytlari