"Game of Thrones" ulduzu fanatlarına görə gözlərini itirmə təhlükəsindən danışdı - FOTO

"Game of Thrones" ulduzu fanatlarına görə gözlərini itirmə təhlükəsindən danışdı - FOTO
Aktyor Pedro Paskal "Game of Thrones" ("Taxt-tac oyunları") serialının pərəstişkarlarına görə gözlərini itirmə təhlükəsi ilə üzləşib.
Bu barədə ulduzun özü danışıb.
Paskalın personajı Oberin Martell serialda gözləri çıxarıldıqdan və kəllə sümüyünün əzilməsindən sonra ölür. Pərəstişkarları "Game of Thrones" serialındakı bu səhnəni o qədər seviblər ki, həmin anı "yenidən canlandırmaq" istəyərək aktyordan gözlərinə toxunaraq birlikdə şəkil çəkdirməsini istəyiblər. Aktyor isə səmimiyyətindən onların bu istəyinə "yox" deməyib.
"İnsanlar baş barmaqlarını gözümə çəkərək selfi etməyi çox sevirdilər. Əvvəlcə personajın verilişdəki uğuruna o qədər sevinirdim ki, onlara icazə verdim! Ancaq başqalarının barmaqlarına görə gözümə infeksiya düşdü", - deyə aktyor başına gələnləri danışıb.
Qeyd edək ki, çilili aktyor HBO-nun hit layihəsi olan "Game of Thrones"da Martell Evinin üzvü və Qum İlanları kimi tanınan səkkiz qeyri-qanuni qızın atası Oberin Martell obrazını təcəssüm etdirib. Onun qəhrəmanı döyüş qabiliyyəti, ehtiraslı təbiəti və seksual iştahası ilə məşhur olub.
Oberin Qreqor Kaliqanla gərgin duel zamanı faciəvi şəkildə ölüb. Bu, dördüncü mövsümün "The Mountain and the Viper" ("Dağ və Gürzə") adlı səkkizinci seriyasında baş verib.
Bu epizod Pedro Paskalın "Game of Thrones" filmində son çıxışı olub. Fantastik dram serialı bundan sonra daha dörd mövsüm yayımlanıb. Ümumilikdə serial səkkiz mövsüm 73 seriyadan ibarət alınıb. Layihə 19 may 2019-cu il tarixində başa çatıb.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 31 may 2023
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu