"Gedib qoşulacaq o keşişə, lazımdır?" - Paşinyan hansı separatçının Bakıda saxlanılmasından məmnundur?

Paşinyana yaxınlığı ilə seçilən media qurumları Bakıda həbsdə olan ermənilərin noyabra qədər azad ediləcəyi təqdirdə, Ermənistan baş nazirinin COP29 tədbirində iştirakının mümkünlüyünü yazıb.
Maraqlıdır, erməni mediasının dövriyyəyə buraxdığı bu ehtimalın reallaşması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, Paşinyanın COP29-da iştirak etmək məqsədilə Bakıya gəlməsi çox müsbət addım olardı:
"Bu məsələdə Paşinyan bizdən daha çox maraqlı olmalıdır. Düşünrəm ki, rəsmi Bakı onun səfərinə etiraz etməz. Çünki sözügedən səfərin reallaşması Bakının sülh çağırışlarında nə qədər səmimi olduğunu bir daha təsdiqləyir.".
Sülh müqaviləsi olmadan Paşinyanın Bakıya gəlməsinin çətin olduğunu xatırladan ekspert maraqlı nüansa toxunub:
"Ona görə də Paşinyan bir ay əvvəldən COP29 tədbirinə qədər sülh müqaviləsinin imzalanması zəruriliyindən danışmağa başlayıb. Amma indi Bakıda saxlanılan erməni əsirlərin azad edilməsini Paşinyanın Bakı səfərinin reallaşması şərti kimi irəli sürmək anlaşılan deyil. Paşinyan Bakıdakı erməni məhbusları gündəmə gətirməkdənsə, sülh müqaviləsinin üzərində işləməlidir. Azərbaycan Prezidenti ötən həftə bəyan etdi ki, Ermənistan konistitusiyasını dəyişməsə, sülh müqaviləsi bağlanmayacaq. Paşinyan hökuməti indi bu mövzunu müzakirə etməli, sülh naminə konstitusiya islahatlarına başlamalıdır".
A.İsazadə Azərbaycan tərəfinin Bakıda saxlanılan separatçıları azadlığa buraxacağına inanmadığını deyib. Bununla belə, ekspert istisna etmir ki, məhkəmə prosesi yekunlaşdıqdan, məhkəmə qərarı ilə iş kəsildikdən bir müddət sonra onlar əfv oluna, hətta azadlığa buraxıla da bilər:
"Amma indiki məqamda bu, Azərbaycanın marağında deyil. Erməni mediasının iddia etdiyi kimi onları azad etsək, nə qazanacağıq? Paşinyanın gəlib Bakıda gəzməyini? Biz bundan nə qazana bilərik? Ona görə də buna inanmıram və separatçıların azad olunması üçün də səbəb görmürəm".
Bakıda saxlanılan ermənilər arasında Paşinyana müxalif fiqurların da olduğunu xatırladan ekspert bunları deyib:
"Həmin şəxslərdən biri də Ruben Vardanyandır. Vardanyan azadlığa çıxsa, Paşinyan üçün  böyük təhlükəyə çevrilə bilər. Azərbaycan üçün isə bunun hər hansı təhlükəsini görmürəm. Azərbaycan onu çoxdan neytrallaşdırıb. Qarabağ azad olunandan sonra Vardanyan hansısa yolla Qarabağdan qaçaraq İrəvana gedə bilsəydi, Azərbaycana qarşı nəsə edə bilməyəcəkdi. Amma Paşinyana qarşı daha güclü hərakat başlada bilərdi. Vardanyan indi İrəvanda olsaydı, gedib o keşişə qoşulacaqdı. Odur ki, Vardanyanın azadlığı Paşinyanın marağında deyil".
Mədinə Useynova,
KONKRET.az

Siyasi       Tarix: 11 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son durum cəbhədən şad xəbər qarabag son xeberler azerbaycan