Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO

Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOGəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Gəncədə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı və digər rəsmilər ulu öndərin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar. 
Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın elə bir regionu, bölgəsi, rayonu tapılmazdı ki, ulu öndər Heydər Əliyev oraya bir neçə dəfə səfər etməsin. Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə də böyük şəxsiyyətin əhəmiyyət verdiyi şəhərlərdən olub. Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. 
Heydər Əliyev ümumilikdə Gəncəyə səkkiz işgüzar səfər edib. Bu səfərləri iki mərhələyə ayırmaq olar. Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu 1969-1982-ci illər və Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illər. Hər iki mərhələdə Heydər Əliyevin Gəncəyə dörd səfəri reallaşıb.
Onlardan ilki 1970-ci ildə baş tutub. Növbəti səfər 1977-ci ilə təsadüf edir. Daha iki səfər isə 1980-ci ildə reallaşıb.
Heydər Əliyev Azərbaycan respublikasının prezidenti seçildikdən sonra da ilk işgüzar səfərini Gəncəyə edib. 
1993-cü ildə Ümummilli lider Gəncəyə iki dəfə səfər edib: 10 iyun və 13 dekabrda. 2000-ci il may ayında Heydər Əliyevin Gəncəyə iki günlük səfəri baş tutub. Ümummilli liderin Nizami yurduna son səfəri 2002-ci ilin sentyabrında olub.
Bugünkü inkişaf dinamikası onu deməyə əsas verir ki, ulu öndərin müəyyən etdiyi siyasət bütün ölkədə olduğu kimi, Gəncədə də uğurla icra edilir.
Qeyd edək ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq sakinlər anım mərasimində iştirak etməyiblər. Bununla belə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, bir neçə kollektiv üzvü ilə birlikdə gün ərzində Gəncənin baş meydanına gələrək, ulu öndərin abidəsini ziyarət edəcəklər.
Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOGəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOGəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOGəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOGəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOGəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO

Sosial       Tarix: 12 dekabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi sou biznes son.xabar xeberler bugun