Gənclər niyə ürək xəstəliyinə tutulur? – Rəşad Mahmudov

Gənclər niyə ürək xəstəliyinə tutulur? – Rəşad MahmudovÖtən gün gənc jurnalist Bəxtiyar Səfərovun ürək tutmasından vəfat etmə xəbəri hər kəsi sarsıtdı. Son zamanlar ürək tutmasından gənc yaşda vəfat etmə ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Ölkəmizdə ürək xəstəliyinin gənclər arasında artmasına hansı amillər səbəb olur?
KONKRET.az-ın məlumatına görə, tanınmış ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov Axar.az-a açıqlamasında bildirib ki, gənclərin ürəktutmasından vəfat etməsi ölkədə ürək xəstəliklərinin gənclər arasında kəskin artması anlamına gəlmir.
"Bunun üçün əlimizdə müqayisəli statistik analiz yoxdur. İnsanları sağlam həyat tərzinə dəvət edirik. Ürək-damar xəstəlikləri bu gün ölümə və əlilliyə gətirib çıxarma xüsusiyyəti ilə digər xəstəliklərlə müqayisədə birinci yeri tutur. Dünya üçün bu xəstəlik hələ də ciddi səhiyyə problemi olaraq qalır. Təəssüf ki, ürək-damar xəstəliklərinin nisbətən gəncləşməsi ilə qarşı-qarşıyayıq. Buna səbəb olan əsas amillərdən biri xüsusən son illərdə sosial şəbəkələrdən istifadənin arzu olunmayacaq dərəcədə çoxalması, oturaq həyat tərzidir", – həkim bildirib.
R.Mahmudov qeyd edib ki, insanların aktiv həyatdan daha çox passiv həyata yön dəyişdirməsi, son dövr ərzində dünyada baş vermiş pandemiya ilə əlaqədar qadağaların gətirmiş olduğu hərəkətsizlik problemləri də xəstəliyin artmasına səbəb olan amillərdir:
"Gündəlik qidalanmada təbii qidaların yerinə süniləşmiş və ya genetikası dəyişdirilmiş qida məhsullarının yer alması da bu xəstəliyin yaranmasına səbəb ola bilər. Tibbin inkişafı hazırda bu problemin daha tez aşkarlanmasına şərait yaradır. Bu xəstəliyə məruz qalmamaq üçün həftədə ən azından 4-5 dəfə 1 saatdan az olmayacaq şəkildə aktiv yürüş etmək, mümkün qədər idmanla məşğul olmaq, ağırlıq verən və narahatlıq yaradan qidalardan uzaq qalmaq, axşam saatlarında ağır yeməklərdən istifadə etməmək məsləhətdir. Zərərli vərdişlər, ən başlıcası isə siqaretdən uzaq qalmaq, alkoqollu içkilərin miqdarını azaltmaq və mümkünsə istifadə etməmək, həyata xoş duyğu və sevgi ilə baxmaq insanların gələcəkdə ürək-damar xəstəliklərinə məruz qalma ehtimalını azaldacaq".

Sağlamlıq       Tarix: 03 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər az sonxəbərlər sonxabar maşın realiti şou