"General Əliağa Şıxlinski" gəmisinin təmir işləri başa çatıb - FOTO
"General Əliağa Şıxlinski" gəmisinin təmir işləri uğurla başa çatıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən bildiriblər. Qeyd edilib ki, ASCO-nun 600 ton yükqaldırma gücünə malik kranı olan "General Əliağa Şıxlinski" gəmisinin təmir işləri "Bibiheybət" Gəmi Təmiri Zavodunda yerinə yetirilib.
Təmir müddətində pər-sükan qurğuları elektrik mühərrikləri ilə birlikdə, 600 tonluq kran qolu (strela) demontaj olunaraq çıxarılıb və əsaslı təmirdən sonra yerinə quraşdırılıb. Kranın bütün burazları dəyişdirilib, yük göyərtəsi və üst tikili təmizlənərək rənglənib. Eyni zamanda digər maşın və mexanizmlərə baxış keçirilib və lazım olan texniki xidmət göstərilib.
İşlər başa çatdıqdan sonra gəminin kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
"General Əliağa Şıxlinski" kran gəmisi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisində fəal iştirak edib və hazırda da xidmətini davam etdirir. Bu gəminin uzunluğu 141.4, eni 54.5 metrdir. Gəmi 3×2510 at gücünə malik sükan-pər qurğuları ilə (VRK) təchiz olunub.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar