Genlərin bir-birini "sevib-sevmədiyini" öyrənmək üçün texnologiya hazırlanır
Genlərin bir-birini "sevib-sevmədiyini" öyrənmək üçün texnologiya hazırlanır
Potensial tərəfdaşların DNT-sini müqayisə etmək funksiyasına sahib onlayn tanışlıq tətbiqetməsi yaradılır. Tanınmış genetik Corc Çerç artıq bu işlə məşğul olduğunu bildirib. Mütəxəssisin fikrincə, belə bir analiz təhlükəli irsi xəstəlikləri olan uşaqların olma riskini azaldır.
Bu barədə TASS xəbər verib.
Ancaq ictimaiyyət Çerç və onun layihəsini birmənalı qarşılamayıb, genetiki evgenika və irqçiliyi təbliğ etməkdə günahlandırıb. Çerçin özü insan genomunun "redaktə edilməsini" fəal şəkildə müdafiə edir. Hazırda onun rəhbərlik etdiyi işçi qrupu bir mamontu diriltmək, qocalmanı ləğv etmək üçün vasitə yaratmaq və DNT-də insanı HİV-ə qarşı davamlı edəcək "düzəlişlər" üzərində işləyir.
Onlayn tanışlıq üçün tətbiq mütəxəssisin başqa bir layihəsidir. Onun sözlərinə görə, tətbiq potensial tərəfdaşlar arasında potensial genomdakı mutasiyaları aşkar edərsə, xəbərdarlıq göndərəcək. Gələcək valideynlərdə bu cür mutasiyalar üst-üstə düşərsə, uşaqlarında anadangəlmə xəstəliklərin yaranma ehtimalı orta hesabla 25% artacaq.
Tətbiqin istifadəçilərin genomu haqqında məlumatların məxfiliyini qoruyacağı gözlənilir. Bundan əlavə, analiz, yalnız ən təhlükəli xəstəliklərlə əlaqəli mutasiyalara təsir edəcək. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb