Georgi Ostapkoviç: "Tramp istəsə Rusiya qazının tankerlərlə daşınmasına qadağa qoya bilər"
ABŞ Rusiyanın karbohidrogenlər və maliyyə sektoruna qarşı sanksiyalar tətbiq edə bilər. Amma Trampın qarşısında duran əsas vəzifə Ukrayna və Rusiyanı barışdırmaqdır.
KONKRET.az xəbər verir ki, bu fikri aif.ru ilə söhbətində Ali İqtisadiyyat Məktəbinin Bazar Araşdırmaları Mərkəzinin direktoru Georgi Ostapkoviç deyib. Donald Tramp Rusiya lideri Vladimir Putini müharibəni başa çatdırmağa çağırıb. Əks halda o, Rusiyanın ABŞ-yə ixrac etdiyi bütün mallara yeni sanksiyalar və rüsumlar tətbiq etməklə hədələyib: "Tramp qazın tankerlərlə tədarükünə qadağa qoya bilər və Çin və Hindistana neft daşıyan barjalarımıza baxış keçirə bilər. O, bütün banklara qarşı sanksiyalar tətbiq edə, Rusiya Federasiyasının bütün maliyyə sistemini SWIFT-dən ayıra bilər. Amma bu, heç bir ciddi problem yaratmayacaq, çünki Rusiya iqtisadiyyatı praktiki olaraq bu şərtlərə uyğunlaşıb". Eyni zamanda, Ostapkoviç vurğulayıb ki, sanksiyaların köməyi ilə Tramp Rusiya Federasiyası ilə Ukrayna arasında sülhə nail olmayacaq.
Bundan əvvəl "The Hill" qəzeti yazıb ki, Tramp vəzifəyə gəldikdən sonra Vladimir Putinə ultimatum bəyanatlar versə də, nə Rusiya, nə də Ukrayna üzərində təsir rıçaqları yoxdur.
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi