Görmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTO

Görmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTOGörmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTO
Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə imkanı məhdud şəxslərin reabilitasiyası tədbirləri davam etdirilir.
Müəssisənin aidiyyəti şöbəsində həmin kateqoriyadan olan 5-29 yaşlı uşaq və gənclərə müəyyən edilmiş fərdi inkişaf proqramı əsasında tam və ya yarımstasionar şəraitdə reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Hər reabilitasiya kursu 3 ay davam edir və bu müddətdə görmə imkanı məhdud uşaq və gənclər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar. 
- Tibbi reabilitasiya üzrə - ali və orta ixtisaslı peşəkar tibb işçiləri tərəfindən terapevtik, nevropatoloji, oftalmoloji müayinə və müalicə, Low Vision (qalıq göz işığının qorunması və görmə itiliyinin inkişaf etdirilməsi) xidmətləri göstərilir;
- Peşə reabilitasiyası üzrə - dərzilik, toxuculuq, bərbərlik, taktil vəsaitlərinin hazırlanması, bağbanlıq, operatorluq peşələri nəzəri və praktik olaraq öyrədilir;
- Pedaqoji reabilitasiya üzrə - kompüter, xarici dil (ingilis, rus), Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq-davranış mədəniyyəti ilə bağlı təlimlər keçilir;
- Mədəniyyət və incəsənət reabilitasiyası üzrə - rəsm, heykəltəraşlıq, bədii yaradıcılıq, rəqs, musiqi alətlərində ifa, vokal, teatr-tamaşalarının qurulması, səhnə mədəniyyətinə aid təlimlər keçilir;
- İdman reabilitasiyası üzrə - üzgüçülük, idman və müalicəvi gimnastika, futbol, həndbol, tennis, voleybol, stolüstü (şahmat, dama) oyunları öyrədilir, yerli və beynəlxalq idman yarışlarında iştirak təmin edilir;
- Psixoloji reabilitasiya üzrə - peşəkar psixoloq tərəfindən psixoloji baryerlərin dəf edilməsi, komplekslərin aradan qaldırılması, ünsiyyət qurma bacarıqlarının aşılanmasına dair təlimlər təşkil olunur; 
- Sosial reabilitasiya üzrə - tiflopedaqoqların və sosial işçilərin təlimləri (əl ağacından istifadə, səs akustikası, ayaq hissiyyatının artırılması, rənglərin və yol hərəkəti qaydalarının öyrədilməsi) vasitəsilə fəza oriyentasiyasının inkişaf etdirilməsi prosesi aparılır; 
- Məişət Reabilitasiyası üzrə - məişət avadanlıqlarından istifadə, evdarlıq və özünəxidmət  qaydalarına dair təlimlər təşkil olunur. 
Reabilitasiya kursuna cəlb olunmaq üçün görmə qabiliyyəti məhdud şəxslərin özləri, onların valideynləri və ya qohumları, digər qanuni nümayəndələri (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə görmə qabiliyyəti məhdudluğu olan şəxsin razılığı ilə digər şəxslər Sosial Xidmətlər Agentliyinin filiallarına və ya "DOST" mərkəzlərinə ərizə ilə müraciət edirlər.
Bütün reabilitasiya xidmətləri dövlət vəsaiti hesabına göstərilir.
Görmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTOGörmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTOGörmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTOGörmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTOGörmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTOGörmə imkanı məhdud şəxslərin reabilitasiya tədbirləri davam etdirilir - FOTO

Sosial       Tarix: 24 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe en son xeberler bu gun xeber.az 2026 son.xeber