Göz quruluğunu aradan necə qaldıraq?

Göz quruluğunu aradan necə qaldıraq?Göz quruluğunun təkcə kompüter qarşısında uzun müddət işləməkdən deyil, həmçinin qida rasionunda yağların çatışmazlığından, yuxu rejiminin pozulmasından və gözyaşı vəzilərinin düzgün işləməməsindən qaynaqlana biləcəyi bildirilir.
KONKRET.az-ın məlumatına görə, bu barədə "Gazeta.ru"ya rusiyalı oftalmoloq, tibb elmləri namizədi Kirill Svetlakov məlumat verib.
"Göz yaşının az ifraz olunmasının əsas səbəbi yorğunluqdur. Kompüterdə uzun müddət işləmək gözlərə mənfi təsir göstərir. Göz quruluğunun ikinci səbəbi isə keyfiyyətsiz və kifayət qədər olmayan yuxudur. Yuxu orqanizmin, o cümlədən görmə orqanlarının bərpası üçün vacibdir. Əgər insan az və ya pis yatırsa, qızarmış və qıcıqlanmış gözlərlə oyanacaq", – həkim bildirib.
Xəstəliyin inkişafının üçüncü səbəbi balanslaşdırılmamış qidalanma və yağsız pəhrizlərdir.
"Qida rasionunda yağ turşularının çatışmazlığı zamanı gözlərə lazımi maddələr daxil olmur. Bu səbəbdən göz yaşı mayesinin ifrazı zəifləyir ki, bu da quruluğa gətirib çıxarır. Gündəlik menyunuza qoz-fındıq, balıq, avokado və bitki yağları kimi faydalı yağlar əlavə edin", – deyə həkim qeyd edib.
Bundan əlavə, gözyaşı vəzilərinin funksiyası pozula bilər ki, bu halda xəstə gözlərdə allergik reaksiyalar və iltihabdan şikayət edə bilər.
"Həmçinin qeyd etmək vacibdir ki, göz yaşının çox ifraz olunması da quru göz sindromunun əlaməti ola bilər. Çünki hər hansı qıcıqlandırıcı səbəbə görə göz yaşının tərkibi dəyişir. Bu zaman göz yaşları göz almalarını nazik bir təbəqə ilə örtmək əvəzinə, daha aktiv ifraz olunaraq göz qapaqlarından axır. Vəzilərin fəaliyyətini yoxlamaq üçün oftalmoloqa müraciət etmək lazımdır. Həkim müayinə əsnasında hər hansı pozuntu aşkar edərsə, xüsusi damcılar təyin edəcək", – mütəxəssis izah edib./oxuaz

Sağlamlıq       Tarix: 12 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber.az bugunun xeberleri meherremlik 2026 bu gunun xeberleri