Günəbaxan yağı haqqında çoxlarının bilmədiyi MARAQLI FAKTLAR

Günəbaxan yağı haqqında çoxlarının bilmədiyi MARAQLI FAKTLARGünəbaxan yağını "omega-6" yağ turşularının yüksək tərkibinə görə çox vaxt faydalı məhsul hesab etmirlər. Lakin norma çərçivəsində istifadə zamanı bu məhsul tamamilə zərərsiz və hətta sağlamlıq üçün faydalıdır.
KONKRET.azxəbər verir ki, bu barədə britaniyalı dietoloq Rob Hobson "Daily Mail" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, günəbaxan yağı məşhur kokos və zeytun yağlarına nisbətən daha az doymuş tərkiblidir. Günəbaxan yağının bir porsiyasında təxminən 1.5 q doymuş yağ var, zeytun və kokos yağlarında isə bu göstərici daha yüksəkdir.
"Günəbaxan yağının tərkibindəki "omega-6″nın artıqlığı, kifayət qədər "omega-3″ qəbul edilmədikdə həqiqətən orqanizmdə iltihabi proseslərə səbəb ola bilər. Lakin bu məhsuldan tam imtina əsassızdır. Normal miqdarda günəbaxan yağı tamamilə zərərsizdir", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, yüksək yanma temperaturu (232°C) günəbaxan yağını qızartma üçün əla seçim edir. Müqayisə üçün, zeytun yağında bu göstərici 190-207°C, kərə yağında isə cəmi 150°C-dir.
Qeyd edək ki, günəbaxan yağında bir çox vitaminlər, xüsusilə "E", "A", "D" və "F" vitaminləri var. Bundan əlavə, xolesterolu azaltmağa kömək edən "omega-3" və "omega-6" yağ turşuları var. Bu turşulardan əlavə, yağda linolen, linol, palmitin, stearin və miristin yağ turşuları, həmçinin orqanizm üçün dəyərli olan fosfor var.
Mötədil istifadədə günəbaxan yağı orqanizmi infeksiyalardan qoruya bilər. Onun istifadəsi zamanı mədə-bağırsaq traktı və endokrin sisteminin normallaşması ehtimalı yüksəkdir. Bundan əlavə, o, qaraciyərin təmizlənməsinə və iltihabın aradan qaldırılmasına kömək edə bilər. Bu yağ artrit və revmatizmin profilaktikası üçün istifadə olunur. O, ürək və damarların işinə müsbət təsir göstərə, sinir sistemini gücləndirə və beyin fəaliyyətini yaxşılaşdıra bilər. Günəbaxan yağı uşaq dərisinə yaxşı təsir göstərə bilər və hətta bəzi uşaq kremlərinin tərkibinə əlavə edilir. Mütəxəssislərin fikrincə, yağda olan "D" vitamini raxit xəstəliyinin qarşısının alınmasına kömək edir.
Sağlam yetkin insan üçün tövsiyə olunan günəbaxan yağı dozası gündə 20-30 qram, yəni 1-2 xörək qaşığıdır.//Oxu.az

Sağlamlıq       Tarix: 13 noyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az xeber.az 2026 en son xeber gunun xeberleri