Gürcüstandakı diplomatik korpuslar Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırılıb

Gürcüstandakı diplomatik korpuslar Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırılıbGürcüstandakı diplomatik korpuslar Ermənistanın mina xəritələrini verməməsi barədə məlumatlandırılıb
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Tbilisidə akkreditə olunmuş diplomatik nümayəndəliklərə Ermənistanın Azərbaycana mina xəritələrini verməməsi barədə ingilis, rus və gürcü dillərində məlumatın yer aldığı məktub ünvanlayıb.
Bu barədə GAİM-in yaydığı məlumatda bildirilib.
Sənəddə qeyd olunub ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan torpaqlarında çoxlu sayda minalar basdırıb və beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur: "Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini təqdim etmir. Bu, eyni zamanda, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinin və qətliamın davam etdirilməsidir".
Məktubda xüsusilə vurğulanıb ki, erməni tərəfi hərbi əhəmiyyəti olmayan mülki əraziləri minalayıb, bu isə mülki vətəndaşlar üçün təhlükə mənbəyi yaradır: "Minalanmış ərazilər birbaşa olaraq mülki əhalini məqsədli şəkildə məhv etməyi hədəflədiyi üçün müharibə cinayəti kimi təsnif olunmalıdır. Buna görə də, humanitar böhran vəziyyətini dərinləşdirdiyinə və mülki əhalini hədəfə aldığına görə beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı hüquqi prosedurlar başlanmalıdır".
GAİM bildirib ki, 30 il öz yurd-yuvalarından didərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanların haqları kəskin şəkildə pozulur: "Ərazilər təhlükəli olduğundan onlar hələ də öz evlərinə dönə bilmirlər. İşğaldan azad edilmiş torpaqların minalanması bu gün orada aktiv quruculuq işlərinin həyata keçirilməsinə də mane olur. 44 günlük Vətən müharibəsindən əldə olunmuş tarixi Qələbədən sonra azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirmək üçün ilk növbədə həmin yerlərin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə hər yeri, hətta, hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan minalı sahələrin xəritələrini verməməkdə israrlıdır. Bunun üçün də növbəti məkrli plana əl atır və yalandan minalanmış ərazilərin xəritəsinin olmadığını bildirir".
Sənəddə deyilir ki, Ermənistanın məqsədi mümkün qədər çox mülki şəxsin həlak olmasıdır: "Bu da yerli sakinlərin qayıdışını çətinləşdirməyə, müddətini uzatmağa yönəlmiş bəşəri cinayətidir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Ermənistan istəyir ki, Azərbaycan minaaxtaranları və yerli əhali arasında çox tələfat olsun. İkinci məqsəd bərpa işlərini ləngitməkdir. Həmçinin istəyirlər ki, Azərbaycan qısa zamanda Böyük Qayıdış planını həyata keçirə bilməsin. Bu cür psixologiya humanizm prinsiplərindən, haqqdan və ədalətdən uzaqdır".
Məktub 30-dan çox beynəlxalq təşkilata da göndərilib. /oxu.az

Sosial       Tarix: 24 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe en son xeberler bu gun xeber.az 2026 son.xeber