Gürcüstandan Azərbaycana 170 nəfər təxliyyə edildi
Gürcüstandan Azərbaycana 170 nəfər təxliyyə edildi
Azərbaycanın Gürcüstandakı səfirliyi vətənə qayıtmaq istəyən 170 vətəndaşın təxliyyəsini təmin edib.
Bu barədə Report-a səfirlikdən məlumat verilib.
Martın 13 və 15-də Avropadan Türkiyə və Gürcüstan ərazisindən keçərək Azərbaycana qayıtmaq istəyən 50 vətəndaşın təxliyyəsi həyata keçirilib.
Səfirliyin həm Gürcüstanın Xarici İşlər Nazirliyi, həm də Türkiyənin Gürcüstandakı səfirliyi və Baş Konsulluğu ilə apardığı danışıqlar nəticəsində Türkiyənin müxtəlif şəhərlərindən gələn 120 Azərbaycan vətəndaşı da ölkəyə yola salınıb. Vətəndaşlar Gürcüstan hökumətinin ayırdığı avtobuslar və polis patrul maşınlarının müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq Körpü" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə çatdırılıb.
Təxliyyə olunan Azərbaycan vətəndaşları "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"nə (TƏBİB) təhvil verilib.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının sorğularının operativ cavablandırılması məqsədilə ölkənin Gürcüstandakı səfirliyində +994 50 250 07 10 "qaynar xətti" və xüsusi komissiya yaradılıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb