Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edibAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
azxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, mövcud olan yüksək səviyyəli əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.
Görüş zamanı, Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmi qeyd olunub.
Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin, həmçinin Qara dəniz sualtı elektrik enerjisi kabeli kimi "yaşıl enerji" layihələrinin regional və qlobal əhəmiyyətini qeyd ediblər.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə səfirə ətraflı məlumat verib.
Səfir Qiorqi Zakaraşvili səmimi qəbula görə təşəkkürünü bildirərək, bu vəzifədə xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb. O, fəaliyyəti dövründə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edibGürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edibGürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Siyasi       Tarix: 07 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

3 oktyabr – Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş: "Ölkənin milli birliyə ehtiyacı var idi"

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müstəqillik tarixində mühüm siyasi hadisələrdən biri hesab olunur. Həmin dövrdə Azərbaycan mürəkkəb hərbi-siyasi vəziyyət

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. Dövlətimizin başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idma

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanla bağlı bəz

İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovu təbrik edib. xəbər verir ki, dövlət başçısı idmançı ilə görüşü zamanı onun qələbəsinin Azərbaycan xalqını sevindirdiyini bildirib. "Bütü

"Hərənin arxasında, böyük bir dayı var

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrlər

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətil

Ruslar kütləvi zərbəyə hazırlaşır, məlumatımız var

Bu gün kəşfiyyatdan rusların kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumat aldıq. xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 6-da hökumət rəsmiləri, hərbçilər və güc strukturların rəhbərlər

Əlimiz tətikdədir, ABŞ-ı peşman edəcəyik - Əzizi

İranın Silahlı Qüvvələri ABŞ və İsraillə mümkün yeni qarşıdurma mərhələsinə tam hazırdır. KONKRET. -a istinadən verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi özünü

Ceyhun Bayramov Rubio ilə danışdı

Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-nin Dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən -a bildirilib ki, telefon danışığ


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son dəqiqə krimnal bugun sonxabar