Hakimin Baş prokurora şikayət etdiyi müstəntiqdən daha bir narazılıq - VİDEO
"Əvvəlcə prokurorluq cinayət işini başlamaqdan imtina etmişdi. Məsələ ictimailəşdikdən və qərardan verilən şikayətdən sonra məhkəmə-mühasibatlıq ekspertizası keçirildi".
KONKRET.az xəbər verir ki, bunu Şəmkir rayonunda yerləşən, yarım milyon manatdan çox pulun mənimsənildiyi deyilən "Zirvə" marketin sahibi Ramin Əliyev "Qafqazinfo"ya növbəti müraciətində deyib. O bildirib ki, ilk müraciətindən sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tədqiqat apararaq 451 000 manat mənimsəmə olmasına dair rəy verib.
Sahibkar yarım milyon manatdan çox pulun mənimsənilməsində işçisi Laura Əliyevanı şübhəli bilir: "Onun pulları mənimsədiyi sübuta yetirilsə də, işi aparan Şəmkir rayon prokurorluğunun müstəntiqi Nicat Məmmədli onu təqsirləndirilən şəxs kimi cəlb etmir.
Artıq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tədqiqat apararaq 451 000 manat mənimsəmə olmasına dair rəy verib. Bundan sonra Nicat Məmmədli məni qəbul edərək rəhbərliyin həmin rəylə razı olmadığını, təkrar ekspertiza keçirilərək rəyin dəyişdiriləcəyini bildirdi. İndi Laura Əliyevanı məsuliyyətə cəlb etməmək üçün formal olaraq əlavə suallar qoyub müxtəlif üsullarla vaxt qazanmaq istəyirlər. N.Məmmədli əlavə etdi ki, "bu məsələni davam etdirsən, biz də sənin barəndə başqa tədbirlər görəcəyik. Çünki bu rəyi elə vergiyə göndərsəm, sənin barəndə vergi yayınması ilə cinayət işi başlanacaq".
Lauranın mağazamdan oğurluq etməsini təsdiq edən 5 aylıq kamera görüntüləri, 2 audit hesabatı, 1 məhkəmə-mühasibatlıq rəyi, çoxsaylı şahid izahatlarının olmasına baxmayaraq, Şəmkir Rayon Prokurorluğu cinayət işinə başlamaqdan imtina edir. Bu azmış kimi şikayətimin geri götürülməsi üçün məni müxtəlif bəhanələrlə hədələyirlər. Müstəntiq prokurorluğun zona üzrə kuratoru vasitəsilə rəyin dəyişdiriləcəyini deyir.
Baş Prokuror Kamran Əliyevə müraciət edərək bildirirəm ki, mənim artıq rayon prokurorluğuna inamım qalmayıb. Əvvəlcə rayon prokurorunun müavini, hazırda isə müstəntiq məni hədələyərək geri çəkilməyimi tələb edir. Araşdırmanın Baş Prokurorluqda aparılmasını təmin etməyinizi xahiş edirəm".
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti ilə əlaqə saxlanılıb.
Qurumdan saytın sorğusuna cavab olaraq bildirilib ki, həmin müraciət əsasında Şəmkir Rayon Prokurorluğunda hazırda araşdırma aparılır: "Araşdırma zamanı izahatlar alınıb, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək rəy alınıb və digər zəruri sənədlər toplanıb.
Lakin, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində ekspert tərəfindən qoyulmuş suallara tam və ətraflı cavab verilmədiyindən, əlavə ekspertiza təyin olunub.
Bundan əlavə, sahibkar Ramin Əliyevə prokurorluğun hər hansı əməkdaşı tərəfindən təzyiq göstərilməsi barədə onun tərəfindən heç bir şikayət daxil olmayıb".
Qeyd edək ki, adıçəkilən müstəntiq Nicat Məmmədli daha öncə qətl işini prosesual pozuntularla araşdırdığı üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədov onun barəsində xüsusi qərardad çıxararaq barəsində müvafiq tədbirlərin görülməsi üçün Baş Prokuror Kamran Əliyevə məlumat verilməsi haqda qərar vermişdi.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar