"Hakimiyyət Rusiya ilə düşmənçilikdən yaranan riskləri nəzərə alırmı?" - Erməni ekspert

İstər geosiyasətdə, istərsə də iqtisadiyyatda hər hansı variantı nəzərdən keçirərkən, ilk növbədə, fayda yox, mümkün itkilər nəzərə alınmalıdır. Ermənistanda isə dövlət səviyyəsində anti-Rusiya xətti yürüdən insanlar ya Rusiya ilə düşmənçilikdən mümkün itkiləri hesablamayıblar, ya da müəyyən təminatlar alıblar.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni media eksperti Tiqran Köçəryan səsləndirib.
O, bildirib ki, hazırda dünya çox böyük qlobal problemlərlə üz-üzədir:
"İstər geosiyasətdə, istərsə də iqtisadiyyatda hər hansı variantı nəzərdən keçirərkən, ilk növbədə, fayda yox, mümkün itkilər nəzərə alınmalıdır. Ermənistanda isə dövlət səviyyəsində anti-Rusiya xəttini həyata keçirən insanlar ya Rusiya ilə düşmənçilikdən bu zərəri hesablamayıblar, ya da Əfqanıstanda olduğu kimi qaçmağa kömək edəcəklərinə, lazım olan hər şeylə təmin olunacağına zəmanət alıblar" – deyə derməni ekspert bildirib.
Tiqran Köçəryan Ermənistan hakimiyyətini Moldova və digər bu kimi ölkələrdən nümunə götürməyə çağırıb:
"Yəni bu insanlar nə etdiklərini bilirlər? Gürcüstanda, Ukraynada və Moldovada baş verənlərə baxın, özünüz nəticə çıxarın. Moldova prezidenti, Rusiya Federasiyası ilə bütün əlaqələrini kəsdi və indi bütün Avropanı gəzib odun almağa çalışır. Ermənistanın sadə vətəndaşları həqiqətən də Rusiya ilə düşmənçilik etməyin nə demək olduğunu başa düşürlərmi? Bəs Ermənistan və onun əhalisi müttəfiqlik münasibətlərinin dayandırılmasından sonra baş verəcək itkilərə dözməyə hazırdırmı?Doğrudanmı insanlar Rusiyanı regiondan çıxarmaqla qazın pulunu on qat ödəyə biləcəklərinə inanırlarmı? Bu dəfə 1992-93-cü illərdəki kimi olmayacaq, insanlar ailələri ilə Rusiyaya qaçıblar – o zaman bu, dost ölkə idi. İndi Rusiyanı tənqid edən vətəndaşlar hara gedəcək? Türkiyəyə?" – deyə Köçəryan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 25 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil

Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib. Onun sözlərinə görə

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasınd

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri son xeberler yeni xeberler sosial yardim xeberler az oxu.az xeberler ən son xeberler