Hamamda görüşdüyü sevgilisini şantaj edən müğənni həbs edildi

Hamamda görüşdüyü sevgilisini şantaj edən müğənni həbs edildiHamamda görüşdüyü sevgilisini şantaj edən müğənni həbs edildi
Sevgilisinin görüntülərini yayaraq onu şantaj edən gənc müğənni Sahil Naxçıvanlı həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Sahil Naxçıvanlı barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış cinayət işi ilə əlaqədar həbs edilib. Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona üç il müddətinə həbs cəzası verilib.
Cinayət işinin araşdırılması zamanı məlum olub ki, S.Naxçıvanlı sosial şəbəkədə tanış olduğu və sevgi münasibəti yaşadığı qızdan hədə-qorxu ilə pul və qızıl alıb. Belə ki, o, bir neçə ay əvvəl "TikTok" sosial şəbəkəsində tanış olduğu Zərifə Xəlilova (Ad, soyad şərtidir) adlı qızla münasibət qurub. Həmin vaxt onlar gecə saat 03 radələrində qızın ailəsinin Xırdalan şəhərində yaşadığı evin həyətindəki hamamda gizli görüşüblər. Bu zaman S.Naxçıvanlı qızla birgə görüntülərini çəkib.
Daha sonra onlar Sahilin yaşadığı binada da görüşüblər. Bir müddət sonra isə 28 yaşlı müğənni həmin fotoları sosial şəbəkələrdə yerləşdirib, altından qızın atasının nömrəsini yazaraq haqqında şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, fotoşəkillərin mobil telefonundan silinməsi üçün qarşı tərəfdən 5 000 manat məbləğində pul tələb edib. Gənc qız rüsvay olmamaq üçün evdən oğurladığı 1 000 manat pulu və ümumi dəyəri 2 980 manat olan qızılları gizli şəkildə Sahilə verib.
Qızın evdən pul və qızılları gizlin götürməsi üzə çıxandan sonra valideynləri onun Sahil tərəfindən şantaj edildiyini öyrənib, polisə müraciət ediblər.
Qeyd edək ki, S.Naxçıvanlı sosial şəbəkələrdə aktiv müğənnilərdən olub. Onun ifa etdiyi mahnılar "YouTube" platformasında onminlərlə baxış və izləyici toplayıb. / oxu.az

Şou Biznes       Tarix: 27 oktyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər xeber az en yeni xeberler maliyye xeberler bugun