Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı - FOTO

Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı - FOTOHamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı - FOTO
Alimlər hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamini müəyyən ediblər. Məlum olub ki, "D" vitamini şizofreniyada inkişaf edən beyin hüceyrələrinə təsir edir.
Bu barədə Kvinslend Universitetinin alimləri tədqiqat aparıblar. Elmi işin nəticələri "Journal of Neurochemistry" jurnalında dərc olunub.
Qeyd edilir ki, şizofreniyanın dəqiq səbəbləri bilinməsə də sinir impulslarının ötürülməsində iştirak edən maddə - dofaminin işinin pozulması ilə əlaqəli olduğu məlumdur.
Elm adamları laboratoriya şəraitində beyində dofamin ifrazına cavabdeh olan sinir hüceyrələri yetişdiriblər. Neyronlar həm "D" vitaminin aktiv hormonu olan, həm də olmayan halda yetişdirilib.
Bioloqlar müəyyən ediblər ki, "D" vitamini səviyyəsi dofamin buraxan hüceyrələrin böyüməsinə təsir göstərir.
Hamiləlik zamanı çatışmazlığı uşaqda şizofreniyaya səbəb ola biləcək vitamin açıqlandı - FOTONəticələrə əsaslanaraq, tədqiqatçılar "D" vitamini çatışmazlığının uşaqda məlumatların qavranılması və əhval-ruhiyyənin tənzimlənməsi üçün cavabdeh olan kritik neyronların formalaşmasına mane ola biləcəyini bildiriblər.
Alimlər bildiriblər ki, nəticələr şizofreniya xəstəliyinin qarşısının alınması və müalicəsi üçün konkret tövsiyələr verməsə də, hamiləlik zamanı qadınların düzgün qidalanmasının və sağlamlığının qorunmasının vacibliyini nümayiş etdirir.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 28 may 2023
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu