Harvard Universitetinə qəbul olunan həmyerlimiz məşhur komandirin qızıdır

Harvard Universitetinə qəbul olunan həmyerlimiz məşhur komandirin qızıdır Harvard Universitetinə qəbul olunan həmyerlimiz məşhur komandirin qızıdır
Azərbaycanlı gənc xanım Nigar Mövsümlü ABŞ-ın Harvard Universitetindəki Harvard Biznes Məktəbində (HBS) magistr dərəcəsinə qəbul olunub. 
Modern.az-ın məlumatına görə, Nigar Mövsümlü Qarabağ döyüşlərində batalyon komandiri olmuş İlyas Hüseynovun qızıdır. Bu barədə ehtiyatda olan polkovnik Nazim Bayram bildirib. 
"Xocavənd batalyonun komandiri olmuş rəhmətlik İlyas Hüseynovun övladı Nigar Mövsümlünün Harvard Universitetinin magistraturasına qəbulu xəbəri qəlbimizi fərəh və qürur hissi ilə doldurdu! 
Nigar Mövsümlü eyni zamanda, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə meydançalarında daim fəaldır. 
Komandirin ruhu şad olsun. Onun həyat və mübarizə yolunun layiqli davaçmısı, Azərbaycanımızın fəxri, qızımız Nigara daha böyük nailiyətlər arzu edirəm!", - Nazim Bayram bildirib. 
Nigar İlyas qızı Mövsümlü 10 avqust 1993-ü ildə anadan olub. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirib. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi "Unilever" istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini vəzifəsində çalışıb. Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür. 
Qeyd edək ki, Nigar Mövsümlünün atası mərhum komandir İlyas Hüseynov Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qardaşıdır. 
İlyas Mövsüm oğlu Hüseynov Xocavənd batalyonunun komandiri, ikinçi qrup Qarabağ müharibəsi əlilidir. 1961-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. 
1992-ci ilin yanvar ayında İlyas Hüseynov Muğanlı kəndində yaradılan ilk rəsmi bölüyün komandiri təyin olunub və 6 yanvar 1992-ci ildə Qarakənd kəndi istiqamətində ermənilərin hərbi bazalarının ləğv olunması ilə nəticələnən, 11 və 16 yanvar tarixlərində ermənilərin Qaradağlı kəndinə hücumlarının qarşısının alınması məqsədi ilə keçmiş Martuni (Xocavənd) şəhərində aparılan döyüş əməliyyatlarının əsas təşkilatçısı və iştirakçılarından biri olub. 
I5.07.92-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Xocavənd rayonundakı özünümüdafiə dəstələrinin bazası əsasında 831 saylı hərbi hissə yaradılıb və İlyas Hüseynov həmin hərbi hissdə Artilleriya batareyasının komandiri təyin edilib. 
14 avqust və 16 avqust 1992-ci ildə Xocavənd Plotəpə yüksəkliyi uğrunda aparılan və uğurla başa çatdırılan döyüş əməliyyatlarında məhz İlyas Hüseynovun batareyasının köməyi ilə erməni ordusunun 10-larla əsgəri məhv edilib, 1 T-72 tankı, 2 ədəd minaatanı sıradan çıxarılıb. 
Onun rəhbərlik etdiyi batareya düşmənə bir neçə dəfə ağır zərbə vurub. 
26 yanvar 1994- cü il tarixdə Nərgiztəpə uğrunda gedən döyüşlərdən sonra böyük itkilər bahasına olsa da, Xocavənd rayonunun, Dağlıq Qarabağın kiçik bir hissəsi işğaldan azad olunur. 
10 aprel 1994-cü ildə Ali Baş Komandan Heydər Əliyev cəbhə xəttinə gəlir və İlyas Hüseynovun rəhbərlik etdiyi taborun müdafiə rayonunda olur, əsgərlər qarşısında çıxış edir və onların xidmətlərini yüksək qiymətləndirir, əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırır. 
İlyas Hüseynov sonrakı müddətdə ermənilərlə döyüşlərdə bir neçə dəfə yaralanıb. 
1994-cü ildə ağır kontuziya alması səbəbindən səhhəti İlyas Hüseynova hərbi qulluğunu davam etdirməyə imkan verməyib və II qrup Qarabağ müharibəsi əlili kimi ehtiyata çıxıb. 
İlyas Hüseynov Qarabağ döyüşlərdində aldığı yaralar səbəbilə 2006-cı il aprel ayının 14-də 45 yaşında dünyasını dəyişib.  /oxu.az

Sosial       Tarix: 15 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər bugün 2026 xankendi xeber.az son xeberler beynelxalq bank mezenne