"Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir"

"Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir""Azərbaycan Prezidentinin tapşırıqları ilə koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
"Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir"Millət vəkilinin sözlərinə görə, sözügedən istiqamətdə bəzi proqramların icrası və genişləndirilməsi həyata keçirilir:
"Hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsinə xidmət edir. Bir tərəfdən, birdəfəlik ödəmələr həyata keçirilir və bildiyiniz kimi, indiyədək bu müavinətlər 140 min işsizə ödənilib. Eyni zamanda, mövcud proqramların daha çox vətəndaşlarımızı əhatə etməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Pandemiya dövründə də ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda reallaşan siyasətin əsas hədəfi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsidir".
Deputat bildirib ki, bu istiqamətdə artıq DOST mərkəzləri vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb və bunun üçün 30 milyon manat vəsait ayrılıb:
"Bununla da ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatıb. Eyni zamanda, birdəfəlik sosial yardımların verilməsi əhatəsi də genişlənməkdədir. Prezident İlham Əliyev aprelin 14-də keçirilən müşavirədə pandemiyanın təsir etdiyi bütün vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir daha göstərişlər verdi. Bu istiqamətdə qarşıya qoyulan vəzifələr daha çox vətəndaşımızın sosial paketdən faydalanmasına imkan yaradacaq".
V.Bayramov vurğulayıb ki, iqtisadi paketlərdən yararlanmaq istəyən sahibkarlıq subyektləri və fərdi sahibkarlar tərəfindən müraciətlər daxil olmağa başlayıb:
"Ödənişlərə yaxın zamanlarda başlanılması nəzərdə tutulur. Həmçinin ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza xidmət göstərən işçilərin əmək haqlarının iki misli qədər artırılmasına qərar verildi. Bütün bunlar, sözügedən sahədə çalışan vətəndaşlarımızın rifahına hesablanıb və dövlətin bu mənada qayğısının daha bir təzahürüdür. Pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi diqqəti və onların sosial təminatının gücləndirilməsini təmin etmək üçün siyasi iradəsi var".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 18 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər