Həbsdə olan deputat Eldəniz Səlimov Milli Məclisdə - FOTOFAKT
Deputattoxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun adı hələ də Milli Məclisin saytında "qorunur".
Bu iliniyul ayında polis əməkdaşını döyərək ona ağır xəsarətlər yetirən keçmiş deputatEldəniz Səlimovun toxunulmazlığı ləğv edilməsinə baxmayaraq, onun adı hələ də Milli Məclisin rəsmi saytında saxlanılır.
Eks deputatın adı Aqrar Siyasət Komitəsinin üzvləri siyahısındasaxlanılıb və ingilis, rus dillərində də haqqında məlumatlar olduğu kimi qalır.
Azxeber.com xəbər verir ki, buna səbəb deputatın haqqında məhkəmə hökmünün olmamısıdır.
Qeydedək ki, rəsmi məlumata görə, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən"Starıy Dvor" restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatıEldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədarzor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində CinayətMəcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqıtamamlanıb.
İstintaqlaqeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmazrayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru,polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icraedərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədaretdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək ZaurMirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinəyumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədənxəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətləriniaşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində BinəqədiRayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aydın


Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR