Həbsdən çıxan aktyorun ilk qonararı məlum oldu
Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ilk filminin çəkilişlərinə başlayan rusiyalı aktyor Mixail Yefremovun aldığı qonarar məlum olub.
azxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor ona təklif edilən 6 milyon rubl qonararla razılaşmayaraq daha çox pul tələb edib.
Avqustun sonunda başlayacaq və oktyabr-noyabr aylarına qədər davam edəcək çəkilişlərdən sonra o 13 milyon rubl qazanacaq.
Eyni zamanda Yefremovun istəkləri arasında mühafizəçi, şəxsi sürücü, pəhriz qidası və alkoqolsuz içki də var.
Xatırladaq ki, Mixail Yefremov 2020-ci ilin iyun ayında Moskvanın mərkəzində törətdiyi ölümlə nəticələnən yol qəzasına görə 7.5 il azadlıqdan məhrum edilmişdi. Aktyor spirtli içki təsiri altında olarkən yolsuzluq avtomobili ilə qarşı zolağa çıxmış və furqonla toqquşmuşdu. Qəza nəticəsində furqonun sürücüsü ağır xəsarətlər almış və reanimasiyada vəfat etmişdi.
İlkin olaraq Moskvanın Presnenski məhkəməsi Yefremovu səkkiz il koloniya cəzasına məhkum etmiş, lakin sonradan Moskva Şəhər Məhkəməsi, aktyorun həlak olanın ailəsinə mənəvi zərəri tam ödədiyini nəzərə alaraq, cəzanı 7.5 ilə endirmişdi.
Ümumilikdə Mixail Yefremov həbsdə 4.5 il keçirib.
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür