Həkim koronavirus pandemiyasının gözlənilməz nəticələrindən danışdı
Koronavirus pandemiyası zamanı plastik cərrahlara müraciət edənlərin sayı kəskin artıb.
Milli.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Atlanta Mərkəzinin plastik cərrahı Diana Aleksandr xəstə sayının son aylarda artdığını söyləyib. O bildirib ki, görünüşlərindən şikayət edən insanlar həkimlərə daha çox müraciət etməyə başlayıb:
"Heç vaxt bu qədər çox əməliyyat keçirməmişəm və bu yaykı qədər pasiyent qəbul etməmişəm".
Mütəxəssislər pandemiya və pandemiyanın məhdudlaşdırıcı tədbirlərinin tətbiqi zamanı plastik cərrahlara müraciətlərin artmasının səbəblərini insanların bu müddətdə bir-biri ilə videozənglərlə əlaqə saxlaması və bu zaman kameranın çərçivəsində öz qüsurlarını daha aydın görməyə başlaması ilə izah edib.
"The New York Times" bu tendensiyanı gözlənilməz adlandırır, çünki ABŞ-da plastik əməliyyat olduqca bahadır. Müxtəlif prosedurların dəyəri 3,3-25 min dollar arasında dəyişir. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar