Həkim mövsümi infeksiyaya tutulmamağınıza kömək edəcək sadə qaydaları sadaladı
Həkim mövsümi infeksiyaya tutulmamağınıza kömək edəcək sadə qaydaları sadaladı
Hər il payızın gəlişi ilə soyuqdəymə, angina, qrip, bronxit və pnevmoniya kimi müxtəlif xəstəliklərin əhali arasında geniş yayılması ilə qarşılaşırıq.
Özümüzü onlardan necə qorumağımız barədə Rusiyalı həkim kardioloq, terapevt, tibb elmləri namizədi Olqa Kozlova danışıb.
O, ilk növbədə həmişə havaya uyğun geyinməli olduğumuzu vurğulayıb.
"Əgər özünüzü pis hiss etməyə, özünüzdə zəiflik və öskürək hiss etməyə başlayırsınızsa, bu, infeksiyanın mövcud olduğunu göstərir. Soyuq hava vəziyyəti daha da ağırlaşdıran əlavə bir amildir. Ona görə də həmişə hava şəraitinə uyğun geyinmək vacibdir", - deyə mütəxəssis açıqlayıb.
Virusların yayılmasına təkan verən ikinci amil həddindən artıq sıxlıqdır. Belə ki, uşaqlar məktəbə, böyüklər isə işə gedirlər. Bu yerlərdə infeksiya daşıyıcıları ola bilər. O, epidemiyaların məhz belə yarandığını qeyd edib.
Üstəlik, özünüzü viruslardan 100% qoruya bilməzsiniz, çünki bunun üçün tam təcrid tələb olunur. Bununla belə, bir sıra profilaktik qaydalar var ki, onlara riayət etmək infeksiya riskini azaldacaq. Həkim qeyd edib ki, ilk növbədə, şəxsi gigiyenaya riayət etmək lazımdır: evə qayıtdıqdan dərhal sonra əllərinizi sabunla yaxşıca yuyun və yeməzdən əvvəl tərəvəz və meyvələri təmiz su ilə yaxalayın.
"Olduğunuz otağı mütəmadi olaraq havalandırın ki, zərərli mikroorqanizmlər ətrafınızda yığılmasın. Mümkün qədər tez-tez döşəməni silin, xüsusi vasitələrdən istifadə etməyiniz mütləq deyil. Səthlərin üzərində tozun yığılmasına diqqət edin, çünki təhlükəli orqanizmlər məhz burada yaşayır", - deyə O.Kozlova əlavə edib.
Bundan əlavə, insanların çox olduğu yerlərdən uzaq durmaq tövsiyə olunur, çünki əksər viruslar hava-damcı yolu ilə ötürülür. Həm də müntəzəm olaraq qripə qarşı peyvənd olunmaq məsləhət görülür. Yeri gəlmişkən, bu xəstəliyin üç əsas növü var - A, B və C, bunlardan ən sabit olanı sonuncusudur. Əgər bir dəfə bu xəstəliyi keçirmisinizsə, ona yenidən yoluxma ehtimalı azdır.
Mənbə: Life.ru / oxu.az

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib