Həkimin "iş vaxtı" və ya bir telefon zəngi ilə xilas edilən həyat

Həkimin Həkimin "iş vaxtı" və ya bir telefon zəngi ilə xilas edilən həyat
Sən demə, sadə bir telefon zəngi ürək xəstəliyi olan xəstələrin sağ qalmasına səbəb ola bilir. Xəstənin vəziyyəti ilə daim maraqlanan tibb işçisinin adi telefon zəngi, "özünü necə hiss edirsən?" sualı xəstələrə yenidən həyat verə bilir...
Bu fikirlər "Kaspi" qəzetində Təranə Məhərrəmovanın "Bir həkim zənginin həsrəti - İncə baxış" yazısında dərc edilib.
Bu, Los-Ancelesdəki Cedars-Sinai Klinikasının xəstələrə adi telefon zənginin təsiri ilə bağlı araşdırmalarından sonra sübut olunub. Sorğuda 50 və daha yuxarı yaşda olan 1300-dən çox xəstə iştirak edib. Onların hər biri dörd il ərzində ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilənlər olub.
"Həkimin istirahət vaxtıdır"
Xarici mediadan oxuduğum bu xəbər diqqətimi niyə cəlb etdi? Bu cür qayğıya bizim tibb sahəsində özümün və çevrəmdəki insanların rast gəlməməsi səbəbindən. İndiyə qədər 4 dəfə əməliyyat keçirən və çoxlu müayinələrdən keçən, dövlət və özəl xəstəxanaların qapısını yaxşı "tanıyan" bir insan kimi şəxsi təcrübəmdən söz açıram. Müxtəlif illərdə ölkənin çoxsaylı təcrübəli tibb işçiləri ilə rastlaşmışam.
Amma heç vaxt nə əməliyyatdan sonra, nə də müalicə müddətində oxşar telefon zəngi eşitməmişəm. Bütün həkimlər vəzifələrini müayinə otağından və palatadan çıxandan sonra bitmiş hesab ediblər. Hətta bəzən əməliyyatdan sonra hər hansı sualla bağlı telefon açdıqda nəinki həkim, hətta tibb bacısı da cavab verməyib. "Həkimin istirahət vaxtıdır" deyən "etibarlı" tibb bacılarının cavabına da yəqin ki, əksər pasiyentlər alışıb.
Həkimdən daha çox diqqət gözləyirik
Deyə bilərsiniz, nə həkimin, nə də digər tibb personalının xəstə qarşısında belə bir öhdəliyi yoxdur. Amma insanlıq, xəstənin durumundan nigarançılıq hissi ki olmalıdır. Peşəkar olduqlarını danmıram, bununla belə başı çəkən adam kimi tibb işçilərimizin bu cür laqeydliklərini inkar edə bilmərəm.
Biz həkimdən daha çox diqqət gözləyirik. Başqa bir termin olmadığı üçün onu "şəfa" adlandıraq. Həkimin empatiyası, yoluxucu inamı ilə yarada biləcəyi sehrə ümid edirik. Bu, bəzən "özünü necə hiss edirsən?" kimi sualı da ola bilər...
Xəstənin ümidi və sağalma hissi
Uzun-uzadı müşahidələrimdən sonra bu qərara gəlmişəm: bizim həkim-pasiyent münasibətlərində kəskin empatiya çatışmazlığı var. Bu, həkimin xəstənin qəlbinə, qayğılarına daha yaxından tanış olması hissidir. Həkim və xəstə arasında əvəzolunmaz münasibət yaradan kərpiclərdir. Bunlar inam toxumlarıdır - xəstənin ümidi və sağalma hissi onlardan cücərir. Belə humanist münasibətləri ölçmək və rəqəmsallaşdırmaq çətindir. Heç bir texnologiya heç vaxt həkimi tamamilə əvəz edə bilməz.
Təəssüf ki, xüsusən süni intellekt tibbi praktikaya nüfuz etdikcə, empatiya və xəstə ilə səmimi münasibət qurmaq bacarığı da azalır. Ona görə də bu mövzuda idealist deyiləm: humanist hisslərin texnologiyaya uduzmadığı vaxtlarda belə qarşılaşmadığımız münasibətlə bundan sonra çətin rastlaşaq...  / oxu.az

Maraqlı       Tarix: 20 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun meherremlik 2026 cəbhədən son xəbərlər xankendi