Həkimləri heyrətə salan əməliyyat: Mədəsində 158 metal parçası aşkarlandı - FOTO
Türkiyənin Van şəhərində qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 25 yaşlı qadının mədəsində metal parçaları aşkarlanıb.
KONKRET.az İHA-ya istinadən xəbər verir ki, psixoloji problemləri olduğu bildirilən 25 yaşlı qadın qarın ağrısı şikayəti ilə Van Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Aparılan tomoqrafiyadan sonra xəstənin mədəsində yad cisimlərin olduğu müəyyən edilib. Xəstəni əməliyyat edən həkimlər mədədən çıxanları görəndə şoka düşüb.
Gənc qadının mədəsindən dırnaq qayçısı, cib bıçağı, meyvə bıçağı, mismar, sancaqlar, çubuqlar, vintlər, açarlar, metal sikkələr, saç sancaqları, eləcə də plastik və şüşə parçaları çıxarılıb.
Meyvə bıçağı kimi iti əşyaların parçaya bükülməsi həkimlərin diqqətini çəkib. Mədəsindən çıxan 158 əşya ilə həkimləri heyrətə gətirən xəstə sağlamlığına qovuşduqdan sonra evə buraxılıb.
VAN"DA KARIN AĞRISI ŞİKÂYETİYLE HASTANEYE GİDEN 25 YAŞINDAKİ GENÇ KADININ MİDESİNDEN ÇIKAN METAL PARÇALARI, AMELİYATI GERÇEKLEŞTİREN DOKTORLARI ŞAŞKINA ÇEVİRDİ. (YILMAZ SÖNMEZ/VAN-İHA)
Van"da karın ağrısı şikâyetiyle hastaneye giden 25 yaşındaki genç kadının midesinden çıkan metal parçaları, ameliyatı gerçekleştiren doktorları şaşkına çevirdi.
İqbal Rzayev,
KONKRET.az

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
Qoyulan stend boğazımı çürütdü' - Kömək istədi
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta