"Həmin klinikaların arxasında böyük pullar dayanır"

"Düz 44 gündür ki, xalqımızın sağlamlığı üçün bu yolda təkbaşına mücadilə aparıram. Sağ olsun indi rəsmi orqanlar köməyə gəldi. Yaşadıqlarım, çəkdiklərim sizin gözünüzün qarşısında oldu. Heç bir paylaşımım yalan üzərində qurulmadı. Həqiqətləri, olduğu kimi üzə çıxartdım. Lakin bu mücadilə asan deyil".
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb. Azərbaycanda fəaliyyət göstərən diplomsuz həkimlərlə bağlı paylaşımlarla gündəmə gələn jurnalist bunları əlavə edib:
"Adını çəkdiyim insanların və klinikaların arxasında böyük pullar, maxinasiyalar dayanır. Bu pulların gücü ilə onlar məni hücumlara məruz qoyurlar. İnstaqram hesabımdan silinən videolar, paylaşımlar, hətta səslər – hamısı bu şikayətlərin nəticəsidir. Düşünün, Ülviyyə İlyasovanın (plastik-cərrah Ülviyyə İlyasova -red.) qurbanı olan Səbirə xanımın anasının səsi belə hesabımdan silinib. Məni qınayanlar da az deyil. Bəzən mesaj yerinə yazılan mesajlar, şərhlər məni incidir. Sanki mənə deyil, özlərindən gözlədiklərini etmədikləri üçün məni günahlandırırlar. Bəs bir dəfə də siz irəli gedin, bir saxtakarı ifşa edin. Sadəcə şikayət edin, məlumatları paylaşın".
İzləyicilərinə müraciət edən Ataşova onlardan yardım istəyib:
"Şəkil göndərir və əmrlə "araşdır" deyirsiniz, amma siz nə edirsiniz? Mən nə dedektivəm, nə də hüquq-mühafizə orqanı. Mən təkəm. Bu mübarizəni də insanlıq üçün edirəm, Allahdan başqa heç kimdən də qorxum yoxdur. Onların pulu, əlaqələri mənim yolumu bağlaya bilməz. Amma unutmayın ki, mənim də səbrim və gücüm bir yerə qədərdir. Bu yolda nə qədər əlacsız və yaralı insanlarla tanış oldum. Onların dərdlərini dinlədim, bədənlərindəki izləri gördüm. Başa düşdüm ki, 44 gün əvvəl dünyanın ən xoşbəxt insanı idim. Bunu anlamırdım, çünki bugünkü qədər dərdli deyildim.
Plastik cərrahiyyənin arxasındakı reallığı bilsəniz, hər həkimə getməzsiniz. Bu mübarizədə mənim heç bir komandam yoxdur, tək işləyirəm. Evdə oğlum belə işlərimdən şikayət edir: "Ana, niyə yemək bişirmirsən?" deyir. Amma mənim gücüm yalnız bir yerə qədər çatır.
Rica edirəm, qınamaq əvəzinə, siz də bu yolda bir addım atın. Yazıb "niyə filan paylaşım silindi" deyə soruşmayın. Paylaşdım, siz də götürüb öz hesabınızda paylaşın. Hesabımı bağlayanda siz nə edirsiniz? Dəstək olmaq istəyirsinizsə, iş görərək olun, qınayaraq yox".Axşam.az

Sağlamlıq       Tarix: 12 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər cəbhədən canlı sonxəbər son xəbərlər