Hepatit A virusunu necə tanımalı? - Hepatoloq açıqladı - MÜSAHİBƏ + FOTO

Hepatit A virusunu necə tanımalı? - Hepatoloq açıqladı - MÜSAHİBƏ + FOTOHepatit A virusunu necə tanımalı? - Hepatoloq açıqladı - MÜSAHİBƏ + FOTO
Son vaxtlar insanları narahat edən bir məsələ var - dədə-babadan sarılıq kimi tanıdığımız hepatit A virusunun yayılması. Bakının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə bəzi orta məktəb və məktəbəqədər təhsil müəssisələrində hepatit A virusunun yayılması barədə xəbərlər valideynlərin narahatlığının bir az da artmasına səbəb olub.
İnsanların cavabını tapmağa çalışdıqları sualları qastroenteroloq-hepatoloq Aqil Ağakişiyevə ünvanladıq. Oxu.Az-ın suallarını cavablandıran həkim hepatit A virusunun simptomları, hansı yaş qrupu üçün təhlükəli hesab olunması, ölümcüllük dərəcəsi ilə bağlı ətraflı məlumat verdi. Müsahibəni təqdim edirik:
Hepatit A virusunu necə tanımalı? - Hepatoloq açıqladı - MÜSAHİBƏ + FOTO- Aqil həkim, hepatit A-nın əsas simptomları nədir?
- Hepatit A-nın əsas simptomları, əsasən, bunlardır - dəri və görülən selikli qişalarda saralma, halsızlıq, yorğunluq, ürək bulantısı, bəzən qusma, temperatur və sidik rənginin tündləşməsi, əzələ-oynaq ağrısı, əsasən, ishal və dispeptik əlamətlər.
- Hepatit A daha çox hansı yaş qrupu üzrə təhlükəlidir?
- Hepatit A, əsasən, 14 yaşına qədər uşaqlarda daha sıx görülür. Əlbəttə, yaşlılarda da rast gəlmək olur, amma çox az. Qeyd edim ki, yaşlılarda daha aqressiv kliniki əlamətlər olur, hətta kəskin qaraciyər çatışmazlığı ilə də nəticələnə bilər.
- Yeni doğulan körpələr də yoluxa bilərlərmi?
- Çox nadir hallarda. Çünki hepatit A daha çox ağız yolu ilə yoluxur, alimentar, fekal yolla. Hepatit A virusu, digər ümumi viruslar kimi, zülalmənşəli infeksion xəstəlik törədir. Əsasən, qaraciyərdə məskən salan və onu zədələyən virus olduğu üçün hepatit virusu deyilir. Hepatit A virusu xəstəliyi el arasında sarılıq adı ilə daha çox tanınır.
- Virusun xüsusi müalicə kursu var, yoxsa qızılca kimi evdə müalicə olunur?
- Müalicəsi var, əlbəttə. Əsasən, üç həftə karantin və yataq rejimi ilə müalicə göstərişi var. Müalicə də - çoxlu maye qəbulu və immunoterapiya.
- Hepatit A ölümə səbəb ola bilərmi? Bilərsə, hansı halda?
- Əsasən, yaşlılarda rast gəlinərsə və fulminan (ildırımvari) gedişli olarsa, kəskin qaraciyər çatışmazlığından ölümlə nəticələnə bilər. Bu isə daha çox, diaqnoz və müalicəsinə gec qalınmış pasiyentlərdə və ya immun sistemi aşağı olan şəxslərdə ola bilər.
- Övladı hepatit A-ya yoluxan valideynlər nəyi bilməli, nə etməlidirlər?
-  Valideynlər bilməlidirlər ki, evdəkilərdən birinin hepatit A ilə yoluxması halında və ya öncədən qorunma kimi planlamada ən təsirli yol peyvənd edilməsidir. Peyvəndin qoruyuculuğu 94-100% olub, təsirini təxminən 20 il saxlayır. Ümumi iaşə obyektlərində - restoranlarda, yataqxanalarda, körpələr evində, yaşlılar evində, bufetlər olan yerlərdə epidemioloji və gigiyenik qaydalara ciddi əməl olunmalıdır.
Əzizə İsmayılova

Maraqlı       Tarix: 24 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər siyaseti xeberler bugun sonxəbər az xeber