Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi

Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi
Kolleksiyaçılar sənət əsərlərindən tutmuş məşhur insanlara məxsus ən müxtəlif əşyalara qədər yığırlar. Kolleksiyaçıların marağını çəkən predmetlərdən biri də qədim silahlardır. Tarixi şəxslərə məxsus olanlar isə xüsusilə yüksək dəyərləndirilir. Bu cür silahlar bir qayda olaraq hərraclarda baha qiymətə satılır.
Beləliklə, hərraclarda satılan 10 ən bahalı odlu silah nümunələrini təqdim edirik.
10. "Beretta Imperiale Montecarlo" tüfəngi
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi "Beretta" şirkətinə məxsus "Imperiale Montecarlo" dünyanın ən bahalı modellərindəndir. Tüfəngin qundağı qoz ağacından düzəldilir və "Imperiale Montecarlo"nu alan zaman ölçüsü fərdi qaydada tənzimlənir.
Bu tüfəngin dəyəri 106 800 dollardır.
9. "Walther PP" tapançası
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi Bu tapança Birinci və İkinci Dünya müharibələrinin arasındakı müddətdə polis üçün düzəldilib. Lakin istifadədə çox rahat olduğu üçün təkcə polislər deyil, həm də ali məmurların arasında çox məşhur idi.
Belə tapança Hitler, Yeva Braun və German Herinqdə də vardı. Silahda 7,65х17mm-lik patronlardan istifadə olunur.
Hitlərin tapançası hərracda 114 000 dollara satılmışdı.
8. Vayett Erpə məxsus "Colt .45" revolveri
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi Vayett Erp Amerikada məşhur personajdır. O, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşayıb və vestern janrında yazılan kitabların və çəkilən filmlərin sayəsində məşhurlaşıb. Lakin real Vayett Erp bədii və kinematoqrafiya əsərlərində təsvir olunan qəhrəmana zidd şəxs idi. Erpin hüquq-mühafizə orqanlarında çalışmağına baxmayaraq, o, qanuna zidd əməllərdə ifşa olunmuşdu. Erp, həmçinin dələduzluqda da ittiham olunurdu. Onun koltu 2014-cü ildə hərracda 225 000 dollara adının naməlum qalmağını istəyən kolleksiyaçıya satılmışdı.
7. "Holland & Holland Royal Deluxe" ov tüfəngi
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi Bu, dünyanın ən bahalı ov tüfənglərindən biridir. Onun dəyəri 228 000 dollardır. Bir ədəd belə bir tüfəngin hazırlanmasına 850 saat tələb olunur.
6. Robert Forda məxsus "Smith & Wesson .44" revolveri
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi Robert Ford Vəhşi Qərb dünyasından olan, əfsanəvi quldur Cessi Ceymsi öldürən məşhur personajdır. Robert Cessini məhz hərracda 350 000 dollara satılan revolveri ilə öldürmüşdü.
5. Teodor Ruzveltə məxsus "Fox" tüfəngi
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi Bu tüfəng əl işidir. "A. H FOX 12" qoşalüləsi onsuz da ucuz deyil, ABŞ-ın sabiq prezidenti Teodor Ruzveltə məxsus olan konkret bu tüfəng isə hərracda 862 500 dollara satılıb. Ruzveltin ova gedərkən məhz bu silahdan istifadə etdiyi bildirilir.
4. 1847-ci ilin "Colt Walker .44" revolveri
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi 1847-ci ilin Kolt Volker revolver nümunəsi Kolt Paterson üçün ilkin çertyojların əsasında hazırlanıb. "Colt Walker .44" revolverinin orijinal versiyası "Black Powder Revolver" 2008-ci ildə hərracda satılıb. Revolver Amerika-Meksika müharibəsində aktiv istifadə olunub.  1848-ci ildə müharibə bitdikdən sonra silahın istehsalı kəskin düşdü.
3. Henri Vare Loutona məxsus 1886-cı ilin "Winchester"i
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi Henri Vare Louton Vətəndaş müharibəsi, İspan-Amerika müharibəsi, eləcə də Amerikada apaçilərlə müharibələrdə iştirak etmiş hərbi qulluqçu olub. Mayor Louton apaçilərin başçısı Ceronimonu ələ keçirməsi ilə də adını tarixə yazıb. "Winchester" ona məhz elə buna görə verilmişdi. Hazırda bu silahın dəyəri 1,2 milyon dollardır.
2. Simon Bolivara məxsus "Flintlock" tapançaları
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi Simon Bolivar Latın Amerikasında tanınmış məşhur tarixi şəxsdir. Sərkərdə və siyasətçi olmaqla, o, Venesuela, Boliviya və digər ölkələrdə müstəqillik uğrunda mübarizəyə rəhbərlik edib. Ona məxsus tapançalar tüfəngsaz Nikolas-Noel Bute tərəfindən hazırlanıb. Tapançalar 2004-cü ildə Nyu-Yorkda hərracda 1 687 500 dollara satılıb.
1. Corc Vaşinqtonun tapançaları
Hərraclarda satılan qədim odlu silahların 10 ən bahalı nümunəsi ABŞ-ın ilk prezidentinə məxsus tapançalar hərracda 1 986 000 dollara satılıb.

Maraqlı       Tarix: 25 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber.az cebheden xeberler maraqlı xəbərlər krimnal xeber