Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLAR

Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARRusiya Federasiyasının Həştərxan vilayətində xalqımızın Ümummilli Lideri, müasir və qalib Azərbaycanın qurucusu Heydər Əliyevin anım tədbirləri keçirilib.
azxeber.com xəbər verir ki, anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.
Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru, Hökümət sədri Denis Afanasyev və vilayətin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra "Əbədi məşəl" memorialı ziyarət olunub.
Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Əvvəlcə qonaqlar Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəbin fəaliyyəti barədə məlumatlandırılıb. Nümayəndə heyəti Ümummilli Liderin anım günü ilə əlaqədar məktəbin kollektivi tərəfindən hazırlanan tədbirdə iştirak edib.  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Heydər Əliyevə həsr olunmuş tədbirlərdə, xüsusilə keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş Heydər Əliyev ilində fəal iştirakını qeyd edib.
Daha sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan şəhərinin meri İqor Redkin ilə görüşü olub. Nümayəndə heyəti İqor Redkini yeni keçirilmiş seçkilərdə qələbə qazanaraq şəhər meri seçilməsi münasibətilə təbrik etmiş, Həştərxan şəhəri ilə ölkəmizin sıx əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə etmişdir.
Səfər çərçivəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələrinin iştirakı ilə Azərbaycan İş Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə bildirilib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan dahi şəxsiyyət Heydər Əliyev təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuş nadir şəxsiyyətlərdəndir. Bu gün Azərbaycanın dinamik inkişafı və 44 günlük Vətən Müharibəsində şanlı zəfər qazanması məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Ulu Öndərin ideyalarının əbədi yaşadılmasının nəticəsidir.
Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLARHəştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib - FOTOLAR

Siyasi       Tarix: 12 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler 2026 cəbhədən ən son xəbərlər cəbhədən son görüntülər bugunun xeberleri