Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır

Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdırÜmummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur.
Tale 1993 – cü ildə respublikanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalq yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istədi. 1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürdü,  ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının  möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olundu.
Ulu öndər xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra hələ 70-80–ci illərdə respublikada formalaşdırılmış zəngin elmi-intellektual potensiala istinad  edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət  mərkəzində saxladı,elm sahəsində hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi,inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və  mənəvi-əxlaqi mühit fomalaşdırıldı. Bu böyük şəxsiyyətin müstəqil Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz xidmətləri, eyni zamanda, ciddi təmələ  əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapdı. Ulu öndər H.Əliyev Azərbaycan təhsilinin milli əsaslar  üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla  həyata  keçirdi. 
Zaman sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik  konsepsiyasında real əsaslarını tapır.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə  və təməl üzərində  milli  ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə  və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı  bacarmışdır.
Dahi rəhbər müstəqil Azərbaycanın perspektiv iqtisadi, siyasi, hüquqi inkişaf prioritetlərini açıqlamış,demokratik inkişafa doğru sürət götürmüş dövlətini  qısa müddət ərzində  möhkəmlənən, qüdrətlənən, regionda, ümumilikdə, dünyada həlledici təsir məkanına çevirmişdir. 1996-cı ildən uğurla  reallaşdırılan  bu  strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmişdir. Ümummilli liderin  milli  dövlətçilik qarşısında ən böyük, misilsiz  xidmətlərindən biri  də  müstəqil Azərbaycanın yeni neft  strategiyasının hazırlanması və 1994 –cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Eyni zamanda  1995- ci ilin 12 noyabrında  ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları, insan hüquq və  azadlıqlarının qeyri-şərtsiz  təmin olunmasının  bünövrəsi  qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq  insan hüquqlarının  prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Bundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz,  mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları aparılmışdır.Ulu  öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv  qəbul  edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması,Konstitusiya Məhkəməsinin fəaliyyıətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil  İnstitutunun yaradılması, konstitusiyaya mütərəqqi ruhlu əlavə və dəyişikliklərin  edilməsi və digər məsələlər demokratik inkişaf  yolunda əldə  etdiyimiz mühüm nailiyyətlərdən olmuşdur.
Ulu öndər özünün böyük siyasi təcrübəsi və səriştəsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin milli maraqlara uyğunlaşdırılmasını da təmin etmişdir. Bütün bunlarla yanaşı,xalqın milli mədəniyyətinin və mənəvi əxlaqi dəyərlərinin də qorunub saxlanılması üçün daim böyük səylər göstərmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən addımlar hesabına bu sahədə yönələn vəsaitlərin yüksəlməsi yeni bir intibah mərhələsinin əsasını qoymuşdur.  
H.Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Ulu öndər dünya azərbaycanlılarının lideri olduğundan onun  Azərbaycana və  azərbaycanlılara  duyğulu  arzusu diqqəti cəlb  edir:
"Harada  yaşamasından asılı olmayaraq, hər bir  ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram.Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin."
Dahilər ölmürlər, onlar dünyasını dəyişirlər!
Təyyubə Hüseynova
Abşeron rayonu, Saray qəsəbə 3 nömrəli tam
orta məktəbin direktoru, Əməkdar müəlllim / azxeber.com

Siyasi       Tarix: 04 oktyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda xeber.az dunya xeberleri azerbaycan son xeber bugun