Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıbHeydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb
Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESCO-nun baş qərargahında Fondun "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, UNESCO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı layihənin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, 10 il əvvəl Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Bu baxımdan Şəki xalçalarının UNESCO-nun baş qərargahında sərgilənməsi böyük əhəmiyyət daşıyır. O, sərginin UNESCO-nun baş qərargahında təşkilinə göstərdiyi dəstəyə görə qurumun baş direktoru Odre Azuleyə təşəkkür edib.
Daha sonra sərginin açılışında UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov da çıxış ediblər. Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna sərginin təşkilinə görə təşəkkür edilib.
Bildirilib ki, bu sərgi Azərbaycan mədəniyyətini, xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğu Azərbaycanın kimliyini əks etdirir. Xalça toxuculuğunun nəsildən-nəslə ötürüldüyü diqqətə çatdırılıb.
Şəkinin zəngin mədəniyyət irsindən, ipəkçiliyindən, Azərbaycan memarlığının şedevri olan Xan Sarayından danışılıb. Xalça sənətinin Azərbaycan xalqının estetik və dünyagörüşünü, eləcə də plüralist baxışlarını əks etdirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, bu sənət Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir.
Qeyd edilib ki, mədəniyyət irsinin qorunub saxlanması və nəsildən-nəslə ötürülməsi UNESKO-nun missiyasıdır. Azərbaycanın dövlət nümayəndələrinə qurumun bu missiyasına göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib.
Tədbirdə sərgilənən xalçaların toxucularından iki nəfəri, eləcə də Kann sərgisindən ruhlanaraq Azərbaycana gəlmiş və xalça toxumağı öyrənmiş Filip Jüj də iştirak ediblər. Filip Jüj "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı layihənin sakini olduğu Kann şəhərində təşkil edilməsindən məmnunluğunu bildirib və elə həmin vaxtdan Azərbaycan xalçalarına heyran olduğunu vurğulayıb.
Diqqətə çatdırıb ki, xalçalarımıza bu heyranlığı onu həmin sərgini hər gün ziyarət etməyə sövq edib. Dəfələrlə sərgidəki xalçaları seyr etdikdən sonra o, Azərbaycana gələrək xalçaçılar yanında təcrübə keçməsindən, xalça toxumağı öyrənməsindən danışıb. Kanna qayıtdıqdan sonra evində dəzgah qurduğunu və artıq iki xalça toxuduğunu deyib.
Sərginin rəsmi hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan xalçaları seyr edib və motivlər, rənglərlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan sənətçiləri, rəssamları Şəki Xan Sarayındakı əsrarəngiz ornamentlərdən, freskalardan ruhlanaraq nəfis və zəngin əsərlər yaradıblar. Sərgidə nümayiş olunan xalçalar da məhz həmin ornamentlərin, Şəki motivlərinin əsasında xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri üzrə iki il ərzində 30 xalçaçı tərəfindən toxunub.
Sərgi ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun Kann şəhərində keçirdiyi Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim edilib və bu il ərzində onun bir çox fransız şəhərlərində nümayişi nəzərdə tutulur.
UNESCO-nun baş qərargahında təşkil olunan sərgi fevralın 4-dək davam edəcək.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıbHeydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıbHeydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıbHeydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıbHeydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıbHeydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıbHeydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb

Sosial       Tarix: 30 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər son xeberler azerbaycan novruz bayramı azerbaycanda son xeberler