Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası
Konstitusiyadövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrininformalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını,şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerliözünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyənnormativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.
Ulu öndər Heydər ƏliyevinKonstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi vətöhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi,Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühümictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
Ulu Öndər Heydər Əliyev demişdir:"Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyikki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzunmüddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyətbölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqıniradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır."
Konstitusiyanın qəbulu yalnız yeniictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizininkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələisə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq vəazadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.
Bu gün Azərbaycan Respublikasında həyatakeçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsifaktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdəyürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlətbaşçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarınıninkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmətedir.
Konstitusiyamıza əsasən AzərbaycanRespublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bundan əlavə 30ilə yaxındır öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öztorpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şəraityaradacaq. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlarxalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaqhüququnun da bərpa olunmasının əsasını qoydu.
Bu gün ərazi bütövlüyümüzün bərpasıuğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızıngeri qaytarılması istiqamətində qazanılan tarixi qələbə hər birimiziqürurlandırır, çalışdığımız sahə üzrə fəaliyyətimizdə daha əzmlə işləməyəruhlandırır.
Bütün Azərbaycan xalqı Müzəffər AliBaş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlızəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlətbayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqiqüvvəsinin bərpasına nail oldu
Naftalan şəhər sakini Şahmar Ədilov

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR