Heydər Əliyevi Mingəçevirdə qarşılayan 82 yaşlı sakin... - VİDEO
Heydər Əliyevi Mingəçevirdə qarşılayan 82 yaşlı sakin... - VİDEO
"Çox həyəcanlı olsam da, ulu öndərin əlini sıxıb onu Mingəçevirdə mən qarşıladım".
82 yaşlı şəhər sakini həmin görüşü xatırlayanda yenə də hiss-həyəcanını boğa bilmir. 39 il öncə Mingəçevirə gələn Heydər Əliyev şəhər sakini Fikrət Hüseynovun yaddaşında xoş izlər buraxıb.
82 yaşlı kişi deyir ki, ulu öndərin əlini sıxıb onun əlindən dəyərli mükafat almaq çoxlarının xəyalları olub. Bu, heç də hər kəsə nəsib olmayan bir qismət kimi tarixə düşür. Uzun illər Mingəçevir Toxuculuq Kombinatının qabaqcıl əməkdaşı kimi ən mötəbər mükafatlara layiq görülən Fikrət Hüseynov dahi şəxsiyyətlə birbaşa ünsiyyət qurduğu anları ən əziz xatirələri kimi ömrünün yaddaşına yazıb.
"Şəhər sakinləri ulu öndəri görmək üçün kombinatın yaxınlığına toplaşmışdılar. Həmin vaxt bugünkü kimi xatirimdə qalıb. Hər kəs Heydər Əliyevi görmək, onun çıxışlarını dinləmək istəyirdi. Mən həmin gün ulu öndərlə prezidiumda əyləşdim", - deyə, şəhər sakini bildirib.
İllər keçsə də, Fikrət Hüseynov həmin dövrdə çəkilən şəkilləri dəyərli əşyaları kimi qoruyub saxlayır. Nəvələrinə, yaxınlarına o gürüşlərdən yorulmadan bəhs edir.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb