Heydər Əliyevin hüquqi dövlət quruculuğunda qoyduğu təməl bu gün də aktualdır' - Deputat
"Azərbaycan Respublikasının tarixi inkişafında Heydər Əliyevin rolu müstəsna əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli dövlətçilik ideyasını formalaşdırmaqla yanaşı, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində də misilsiz töhfələr vermişdir. Onun rəhbərliyi altında ölkəmizdə müstəqillik dövrünün təməlləri qoyulmuş, demokratik prinsiplər inkişaf etdirilmiş və hüquqi dövlətin əsasları qurulmuşdur. Heydər Əliyevin vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda qoyduğu təməl bu gün də aktualdır".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Heydər Əliyevlə bağlı danışarkən deyib.
Deputat qeyd edib ki, Ulu Öndərin siyasi kursu İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə Azərbaycan güclü hüquqi dövlət və inkişaf etmiş vətəndaş cəmiyyəti modeli ilə regionda lider ölkəyə çevrilmişdir. Heydər Əliyevin vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğundakı fəaliyyəti Azərbaycan tarixində dərin iz buraxmışdır. Onun həyata keçirdiyi islahatlar nəticəsində ölkəmiz hüquqi dövlət və demokratik cəmiyyət quruculuğu sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Bu irs Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz zəhməti ilə qəlblərdə taxt quran Ulu öndər Heydər Əliyev hər zaman qürur hissi ilə xatırlanır: "Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ümummilli liderə xalqımızın məhəbbəti sonsuzdur, əbədidir. Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək, Azərbaycanı bütün dünyaya tanıtdı, ölkəmizə əbədi müstəqillik bəxş etdi, Vətənimizi təhlükələrdən, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Böyük şəxsiyyət müstəqilliyi bərpa etdi, dövlətimizi qurdu və inkişaf etdirdi".
Mikayıl Mirzəzadə

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi