Heydər Əliyevin xatirəsi İstanbulda anıldı - VİDEO
Türkiyənin "Haber Global" telekanalı Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə süjet yayımlayıb.
Süjetdə Ümumilli Liderin əziz xatirəsinin dünyanın bir çox yerlərində olduğu kimi, Türkiyədə də ehtiramla yad edildiyi bildirilib.
Qeyd olunub ki, Türkiyə prezidentinin köməkçisi Fuad Oktay və xarici işlər naziri Mövlud Çavuşoğlu başda olmaqla bir çox hökumət rəsmiləri sosial şəbəkə hesablarında dahi siyasətçilə bağlı paylaşımlar edib.
Həmçinin, Ulu Öndərin İstanbuldakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimizin, Prezident Administrasiyasının, Sarıyer bələdiyyəsinin, konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Daha ətraflı "Haber Global"ın süjetində:

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı