Hibrid avtomobillərin vergidən azad edilməsi bir işə yarayacaqmı? - ŞƏRH
"Vergi və rüsumlardan azad olunsa da, hibrid və elektron avtomobillərin qiymətinin baha olması ölkəmizdə onların alışına geniş marağın yayılmasına səbəb olmayacaq".
KONKRET.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli istehsal tarixi 3 il və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxal və satışının bu ilin yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilməsinə münasibət bildirərkən deyib:
"Bu güzəştlər istehsal tarixi son 3 ilə aid olan hibrid avtomobillərilə bağlı qərardır. Deməli, daha köhnə avtomobilləri gətirən insanlar həmin güzəştlərdən yararlana bilməyəcəklər. Ona görə də qərar pozitiv olsa da, onu son 3 illə məhdudlaşdırılması doğru yanaşma deyil. Çünki son 3 ildə istehsal olunan hibrid və elektrik avtomobillərinin alış qiyməti onsuz da bahadır. Əksər Azərbaycan vətəndaşlarının cibinə uyğun deyil. Bu səbəbdən vergi və rüsumlardan azad olunsa belə, qiymətlərin baha olması səbəbindən sözügedən avtomobillərə ölkəmizdə kütləvi maraq yaranmayacaq".
Amma hər bir halda, həmsöhbətimizə görə, müəyyən qisim imkanlı insanlar yəqin ki, verilmiş fürsətdən yararlanacaqlar:
"Nəticədə müəyyən dərəcədə olsa da, ekoloji cəhətdən təmiz avtomobillərin sayında artımın olacağını müşahidə edəcəyik. Yəqin ki, yanvar-fevral aylarında bu artımı görəcəyik".

Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
Xamenei atasının dəfnində iştirak edəcək?
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Bu ölkədə yeni Prezident SEÇİLDİ
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi