Hikmət Hacıyev: "Azərbaycan Rusiya qazını Qərbə satmır"
"Azərbaycanın Rusiya təbii qazını Qərbə satmağına dair iddialar açıq-aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır".
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda STRATCOM-2024 çərçivəsində Azərbaycana həsr olunmuş paneldə bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı da Azərbaycana qarşı çox sayda dezinformasiya qeydə alınıb.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan süni intellektdən istifadə edərək dezinformasiya ilə mübarizə aparıb.
Hikmət Hacıyev vurğulayıb ki, müharibənin bitməsinə baxmayaraq, Azərbaycana qarşı dezinformasiya siyasəti davam etdirilir və Azərbaycan bu məsələni Ermənistanla danışıqlar zamanı qarşı tərəfin diqqətinə çatdırır.
Prezidentin köməkçisi əlavə edib ki, dezinformasiya kampaniyaları Bakıda keçirilən COP29-la da bağlı aparılıb.
Hikmət Hacıyev onu da diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan ikitərəfli formatda və TDT çərçivəsində süni intellekt sahəsində də əməkdaşlıq edir.
Xidmetler [newsid: 0-123300]

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi